CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AzTV-nin daha bir əməkdaşı koronavirusdan öldü

© Photo : Facebook / Етибар БабаевEtibar Babayev, arxiv şəkli
Etibar Babayev, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İyulun 1-də AzTV-nin İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Nemətzadə Samir 1 saylı Klinik Tibbi Mərkəzdə koronavirusdan dünyasını dəyişib

BAKI, 3 iyul — Sputnik. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Kinoproqramlar və dublyaj baş redaksiyasının baş redaktoru Etibar Babayev koronavirusdan ölüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Hacı Nuran Hüseynov sosial şəbəkədəki hesabında məlumat paylaşıb. Paylaşımda deyilir: "Təəssüf ki, hava-damcı yolu ilə yayılan bu virus tanınmış jurnalist Etibar Babayevə də yoluxdu… Bu dəqiqə aldığım məlumat çox acınacaqlıdır - Etibar Babayev dünyasını dəyişib... Deməyə sözüm qalmayib, Allah rəhmət eləsin”.

Qeyd edək ki, iyulun 1-də AzTV-nin İctimai-siyasi və analitik verilişlər departamentinin rejissoru Nemətzadə Samir 1 saylı Klinik Tibbi Mərkəzdə koronavirusdan dünyasını dəyişib. Qurumun daha bir neçə işçisi də koronavirusa yoluxub.

Xəbər lenti
0