CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayramın “nuru” da kömək etmədi: Qalmaqallı ekstrasens də polis idarəsinə düşdü - VİDEO

© Photo : Instagram / bayram_nurluБайрам Нурлу, фото из архива
Байрам Нурлу, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bayraməli Musayev Polis Şöbəsinə dəvət edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə edilib

BAKI, 2 iyul – Sputnik. Sosial şəbəkələrdə “Bayram Nurlu” kimi tanınan, Qax rayonunun Tasmalı kənd sakini Bayraməli Musayevin Qəbələ rayonundakı istirahət mərkəzlərindən birində tibbi maskadan istifadə etmədən və sosial məsafə saxlamadan xüsusi karantin rejiminin tələblərini pozaraq rəqs etməsini əks etdirən görüntülər yayımlanıb.

View this post on Instagram

qebele cox maraqlidi burda meni cox sevirler

A post shared by BAYRAM NURLU 👁999👁 (@bayram_nurlu) on

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bununla əlaqədar Bayraməli Musayev Polis Şöbəsinə dəvət edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə edilib.

O, törətdiyi inzibati xətanı etiraf etmiş və bu hərəkətindən peşman olduğunu bildirib.

Xəbər lenti
0