06:31 06 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
13 0 0

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

BAKI, 1 iyul — Sputnik. Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il avqustun 1-dək fəaliyyətini dayandırıb.

Nazirlikdən verilən məlumata görə, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq.

Vətəndaşlar həmçinin Nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Əsas mövzular