CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaqut Qarayeva: “Ən pis gedişat üçün variantlar hazırlanıb”

© Sputnik / Murad OrujovYaqut Qarayeva, arxiv şəkli
Yaqut Qarayeva, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Y. Qarayeva deyib ki, yoluxanların sayının pik həddə çatmasını gözləmirlər: “Biz prosesin idarə edilməsinə, itkilərin minimum olmasına çalışırıq".

BAKI, 30 iyun – Sputnik. “Ölkəmizdə hadisələrin ən pis gedişatı üçün variantlar hazırlanıb”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, yoluxanların sayının pik həddə çatmasını gözləmirlər: “Biz prosesin idarə edilməsinə, itkilərin minimum olmasına çalışırıq. Bu, çox ciddi xəstəlikdir. Amma biz əlimizdən gələn qədər çalışacağıq ki, xəstəlik pik həddə çatmasın. Tədbirlər elə görüləcək ki, yoluxma nəzarətdə saxlansın və xəstələr müalicə olunsun”.

Xəbər lenti
0