CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

TƏBİB rəsmisi: Testlərin aparılması üçün yeni avadanlıqlar gətiriləcək

© AFP 2023 / PEDRO PARDOПробирки с тестом на коронавирус, фото из архива
Пробирки с тестом на коронавирус, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
“SMS icazəsi ilə bağlı qəbul olunmuş qərar qərargahda qəbul olunub və istifadə ilə bağlı məhdudiyyət də yəqin müzakirə olunacaq” - Yaqut Qarayeva

BAKI, 30 iyun – Sputnik. “Son zamanlar testə əlaqəli bizə müraciətlər çox olur. Bu gün biz sırf kliniki simptomları olan, yoluxanlarla təmasda olanlar və xaricdən gələnləri test edirik. İlk başlayanda test imkanları aşağı idi. İndi laboratoriyaların sayı 23-dür. Bu say yenə də artırılacaq və ölkəyə yeni avadanlıqlar gətiriləcək”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

TƏBİB rəsmisi bildirib ki, test cavablarının gecikməsi halı yoxdur, əksinə yoluxma sayının artması buna təsir göstərir.

Y.Qarayeva əlavə edib ki, karantin rejiminin tətbiq olunmasında məqsəd insanların bir-biri ilə təmasının azaldılmasıdır: “SMS icazəsi ilə bağlı qəbul olunmuş qərar qərargahda qəbul olunub və istifadə ilə bağlı məhdudiyyət də yəqin müzakirə olunacaq”. 

Xəbər lenti
0