CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin iclası başlayıb - 7 məsələyə baxılacaq

© Sputnik / Murad OrujovЗаседание Милли Меджлиса Азербайджана
Заседание Милли Меджлиса Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Sosial sığorta haqqında" və digər qanunlarda dəyişikliklər ediləcək

BAKI, 30 iyun — Sputnik. Bu gün Milli Məclisin növbədənkənar iclası keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

2. "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

5. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

6. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

7. "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

Xəbər lenti
0