09:44 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
23 0 0

Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

BAKI. 29 iyun – Sputnik. İdman mərc oyunlarının satıcısı tərəfindən yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməsinə görə beş yüz manat məbləğində cərimə ediləcək. 

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Eyni zamanda, etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə ediləcək.

Əsas mövzular