19:02 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
266 0 0

Sel gur yağan yağışlardan sonra, eləcə də Iqlimin istiləşməsi ilə əlaqədar dağlıq ərazilərdə qarların sürətlə əriməsi nəticəsində baş verir.

BAKI, 29 iyun — Sputnik. Ərazimizin 60 faizi məhz dağlıq olduğu üçün Azərbaycanda sellərin əmələ gəlmə ehtimalı böyükdür.

Sputnik Azərbaycan xəbər verir ki, bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya institutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov deyib.

İqlimşünas alim selin proqnozlaşdırıla bilməyən təbiət hadisələri sırasında olduğunu diqqətə çatdırıb.

O bildirib ki, sel gur yağan yağışlardan sonra, eləcə də Iqlimin istiləşməsi ilə əlaqədar dağlıq ərazilərdə qarların sürətlə əriməsi nəticəsində baş verir. Ərazimizin 60 faizi məhz dağlıq olduğu üçün Azərbaycanda sellərin əmələ gəlmə ehtimalı böyükdür. Əsasən yazın axırı, yayın əvvəlləri və yayın sonu, payızın əvvəllərində baş verən sel hadisəsi Böyük Qafqazın cənub yamacında, Naxçıvan Muxtar Respublikası ərazisində, Kiçik Qafqazın şimal və şərq yamaclarında, Böyük Qafqazın şimal-şərq yamacında, daha çox Kişçay, Şinçay, Tikanlıçay, Dəmiraparançay, Vəlvələçay, Qudyalçay, Ordubadçay, Gilançay kimi çaylarda baş verir. Meşələrin qırılması, yaylaqların, otlaqların həddən artıq yüklənməsi sellərin daha tez-tez yaranmasına gətirib çıxarır.

Əsas mövzular