CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bir gündə 534 nəfərdə COVID-19 aşkarlanıb, 5 nəfər vəfat edib

© Photo : The State Customs Committee of ARМедик в Госпитале Таможенного Комитета, фото из архива
Медик в Госпитале Таможенного Комитета, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7106, ötən müddət ərzində isə ümumilikdə 468 967 test aparılıb.

BAKI, 28 iyun - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 534 yeni yoluxma faktı qeydə alınıb, 307 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

View this post on Instagram

A post shared by Sputnik Azərbaycan (@sputnik.az) on

İndiyədək ölkədə ümumilikdə 16424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9026 nəfər müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib, 7200 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7106, ötən müddət ərzində isə ümumilikdə 468 967 test aparılıb.

Xəbər lenti
0