16:28 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
13 0 0

Ümumilikdə 1255 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb

BAKI, 27 iyun — Sputnik. Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 26.06.2020-ci il saat 00:00-dan 27.06.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1768 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 325 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 1 nəfər olmaqla ümumilikdə 2094 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Sputnik Azərbaycan-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 80-i rayon, 320-si paytaxt istiqamətinə olmaqla 400, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 40-ı rayon, 65-i paytaxt istiqamətinə olmaqla 105, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 500-ü rayon, 250-si paytaxt istiqamətinə olmaqla 750 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 1 255 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)

Əlaqədar

Fəlakət zamanı eyş-işrət: Zərdabda toy edənlər cərimələndi
Bizim üçün ölümə gedən tibb bacısı: “Saniyələr belə, hər şeyi həll edə bilər” – MÜSAHİBƏ
Karantin qaydalarını pozanlar: DYP son statistikanı açıqladı
İkinci dalğa oralardan başlayacaq - Ölkələrin adı açıqlandı

Əsas mövzular