12:56 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
3910

İndiyə qədər bu şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS-məlumat göndərməli idilər

BAKI, 25 iyun — Sputnik. Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklik edilib.

Sputnik Azərbaycan bildirir ki, dəyişikliyə əsasən, təxirəsalınmaz tibbi zərurətlə və hər-hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar, eyni zamanda ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS-məlumat göndərməli (SMS – məlumatlar ödənişsizdir) və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər.

İndiyə qədər bu şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS-məlumat göndərməli idilər.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)

Əlaqədar

Maskalara görə cərimələr artırıla bilər
Depressiya ilə karantində necə mübarizə aparmaq olar – video
Xüsusi karantinlə bağlı qərara DƏYİŞİKLİK edildi
COVID-lə mübarizənin yeni mərhələsi naminə alimlərimizi qorumaq üçün addım atıldı
Karantin rejimi daha da sərtləşdiriləcək - Operativ Qərargah

Əsas mövzular