06:35 06 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
10 0 0

Maddi-texniki imkanların əhəmiyyətli dərəcədə yaxşılaşmasına baxmayaraq, belə təbii hadisələri proqnozlaşdırmaq getdikcə çətinləşir

 

BAKI, 25 iyun — Sputnik. Çoxillik məlumatların təhlilinin nəticələri göstərir ki, Azərbaycanın əksər rayonlarında yağıntının miqdarının ümumi azalması fonunda paytaxtda son onilliklərdə intensiv yağıntılı günlərin sayının artması tendensiyası müşahidə olunur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva danışıb.

O bildirib ki, 1992-ci ildən 2019-cu ilə qədər olan dövrdə 5 mm və 10 mm-dən çox yağıntılı günlərin sayı orta hesabla yeddi gün, 15 mm-dən çox yağıntılı günlərinin sayı isə beş günədək artıb:

"Müqayisə üçün qeyd etməliyik ki, Bakı şəhərində iyun ayı üzrə yağıntı norması 10 mm, iyul ayı üzrə isə ondan da az - 2-3 mm təşkil edir. Buna görə də, əgər iyun ayında bir gün ərzində 10 mm yağıntı düşərsə, bu, artıq bir aylıq norma səviyyəsində yağıntı deməkdir. Bu, öz növbəsində müəyyən fəsadlar yarada bilər ki, ona da hazır olmalıyıq.

İstanbuldakına bənzər leysan yağışlarından heç bir ərazi sığortalanmayıb. Maddi-texniki imkanların əhəmiyyətli dərəcədə yaxşılaşmasına baxmayaraq, belə təbii hadisələri proqnozlaşdırmaq getdikcə çətinləşir. Qeyri-ixtiyari sual ortaya çıxır: bu, iqlim dəyişiklikləridir, yoxsa bunu "yeni iqlim" kimi adlandırmaq daha düzgün olar?"

Əlaqədar

Təhlükəli xəbərdarlıq: Dünya sürətlə aclığa doğru gedir
Koronavirus suyumuza da əl qoydu: rejim düzəlməsə, çox pis olacaq
"Neft Daşları"nda dalğalar şahə qalxdı, rayonları dolu vurdu
Kosmos, qonşularımız və özümüz - susuzluğa günahkar yox, çarə tapmağın zamanı gəldi

Əsas mövzular