CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Virus şərtlərini diktə edir - Yaxşısı budur, sovetdən qalma bu adətdən vaz keçin

© Sputnik / Murad OrujovДевушка в защитной маске на улице в Баку во время особого карантинного режима
Девушка в защитной маске на улице в Баку во время особого карантинного режима - Sputnik Azərbaycan
Abunə olmaq
Həkim terapevt Məlahət Abbasova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövründə açıq şəkildə satılan su və qidalar böyük təhlükə hesab edilə bilər.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 25 iyun — Sputnik. Havalar isindikcə, sərinləşdirici sulara olan tələbat artır. Hava istidirsə, ürəyi yanan vətəndaş ağına-bozuna baxmadan susuzluğunu yatırmaq üçün istənilən yerdən su alıb içir.

Ölkədə koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda bəzi mağazalar, dönərxanalar açıq su da satır. Yəni vətəndaş yaxınlaşıb 30-50 qəpik pulunu verib, bir stəkan sərin su alıb içir. Həmin stəkanda ondan öncə kimin içdiyini, stəkanın dezinfeksiya edilib-edilmədiyini düşünmədən susuzluğunu yatırmağa çalışır.

Bilgəhdə çimərlik - Sputnik Azərbaycan
CƏMİYYƏT
FHN mövsümə hazırdır! Virus imkan versə, vətəndaşlar istirahət edəcək

Açıq şəkildə yəni stəkanla satılan sular sağlamlıq üçün üçün zərərli olmaqla yanaşı, koronavirusun da daha çox yayılmasına səbəb ola bilər.

Bunu hər bir vətəndaş düşünməlidir.

Mütəxəssislərin fikrincə, vətəndaşlar bacardıqları qədər açıq məhsullardan istifadə etməməlidirlər. Açıq, qablaşdırılmamış satılan sular, qidalar təhlükə mənbəyi ola bilər. Qida mühəndisi Samiq Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə sulardansa, kran suyu daha təhlükəsizdir.

"Hələ koronavirus haqqında danışmıram. Virus olmasa belə, açıq satılan sular sağlamlıq üçün təhlükəlidir. Əvvəla, bu suların 80 faizi kustar üsulla hazırlanır. Tərkibinə müxtəlif dadlandırıcılar, boyalar vurulur. Bu təhlükənin bir hissəsidir. İkinci, sular günün altında həmin qablarda günlərlə qalır. Qabların dibində qalan sular boşaldılmır, üzərinə yeni şirələr əlavə edilərək satılır", - deyən ekspert vurğulayıb ki, belə sularda bağırsaq çöpləri olur. Bu da mədə-bağırsaq xəstəliklərinə səbəb olmaqla yanaşı, ishal da yarada bilər.

S.Quliyev həmçinin bildirib ki, suların tərkibi naməlum olmaqla yanaşı, günəş şüalarına məruz qaldığı üçün bir qədər də təhlükəli olur.

Həkim terapevt Məlahət Abbasova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövründə açıq şəkildə satılan su və qidalar böyük təhlükə hesab edilə bilər.

Тахир Мамедов, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
İcra başçısı karantinə alındı, müavində isə virus aşkarlandı

"Su açıq satılırsa, stəkanın təmizliyi sual altında qalır. Əvvəllər yadımıza gəlir ki, stəkanla su satanda elə-belə yaxalayıb, yenidən doldurub vətəndaşlara satırdılar. Yəqin ki, indi də elə olar. Yoxsa kimdir aparıb stəkanları dezinfeksiya edən? Əlbəttə ki, xəstə insanın istifadə etdiyi qablardan istifadə etmək xəstəliyə yoluxmaq riskini artırır. Buna görə də vətəndaş getdiyi restoran-kafedə belə özü qablarını spirt tərkibli maddələrlə təmizləməlidir. O ki qaldı açıq suların istehlakına - buna yol verilməməlidir", - deyə həkim vurğulayıb.

Onun sözlərinə görə, açıq sular həm tərkibinə görə, həm də açıq şəkildə stəkanla satıldığına görə sağlamlıq üçün təhlükəlidir.

Stəkanlar dezinfeksiya edilmədiyi halda vərəmə, müxtəlif xəstəliklərə, eləcə də koronavirusa yoluxmaq mümkündür: "İnsan özü məsuliyyətli olmalıdır. Başa düşməlidir ki, əgər özü sağlamlığının qayğısına qalmasa, özünü özü qorumasa sonu heç də yaxşı olmaya bilər. Buna görə də, vətəndaşlar heç olmasa bu ağır günlərdə öz sağlamlıqlarını qorumalıdırlar".

Xəbər lenti
0