10:39 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
12720

Onun vəfatından bir gün sonra, iyunun 23-də anası Nazilə Qurbanova oğlunun ölümünə dözməyərək ürəktutmadan vəfat edib

BAKI, 24 iyun — Sputnik. Azərbaycanda 37 yaşlı boksçu ad günündə koronavirusdan vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, 1983-cü il təvəllüdlü Ramin Qurbanov 10 gün öncə koronavirusa yoluxduğu aşkarlandığı üçün xəstəxanaya yerləşdirilib. İyunun 22-də doğum günü olub, dostları ona təbriklər yazıb, o da təbriklərlə bağlı paylaşım edib. Həmin gün axşam saatlarında koronavirusdan vəfat edib.

R.Qurbanov satış sahəsində fəaliyyət göstərsə də, peşəkar boksla məşğul olub, daim sağlam həyat tərzi keçirib.

Onun vəfatından bir gün sonra, iyunun 23-də anası Nazilə Qurbanova oğlunun ölümünə dözməyərək ürəktutmadan vəfat edib. Yaxınları onun talassemiya daşıyıcısı olduğunu bildiriblər. R.Qurbanovun 1 azyaşlı qızı var. Qızının isə talassemiya xəstəsi olduğu bildirilir.

Əsas mövzular