21:42 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
9 0 0

Araşdırma çərçivəsində müəlliflər 2,5 min insan arasında sorğu keçiriblər. İlk olaraq həmin şəxslər şəxsiyyət testindən keçib. Daha sonra isə müxtəlif səyahətlər haqqında öz təəssüratlarını bölüşüblər.

BAKI, 24 iyun — Sputnik. Stenford universitetinin alimləri müəyyən edib ki, müxtəlif yerlərə səyahət insan xarakterini dəyişə bilər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, ünsiyyətcil insan belə, uzun müddət evdən çıxmasa özünə qapana bilər. Sosial mühitdə çox olan insanlar isə əksinə olaraq ekstravertera çevrilə bilər.

Araşdırma çərçivəsində müəlliflər 2,5 min insan arasında sorğu keçiriblər. İlk olaraq həmin şəxslər şəxsiyyət testindən keçib. Daha sonra isə müxtəlif səyahətlər haqqında öz təəssüratlarını bölüşüblər.

Nəticədə məlum olub ki, oxşar xarakterə malik olan insanlar təqribən eyni yerləri ziyarət edir. Bir dəfə bara və ya konsertə getmək introverteri ekstraverterə çevirə bilməz. Amma cəmiyyət arasına çıxma insanı daha ünsiyyətcil və açıq xarakterli edir.

Əsas mövzular