Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

COVİD-19-un əsirliyində olan vətəndaşlarımz müşayiət altında vətənə gətirildilər

© AFP 2023 / JOE KLAMARГосударственная граница, фото из архива
Государственная граница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan nümayəndə heyəti koronavirus pandemiyasına görə sərhəd zonasında qalmış həmvətənlərinin vətənə qaytarılması prosesinə nəzarət etmək üçün Dağıstana yola düşüb.

BAKI, 23 iyun — Sputnik, Zarina Orucəliyeva. Koronavirus pandemiyası səbəbindən sərhədlərin bağlanmasından sonra Rusiyada qalmış Azərbaycan vətəndaşlarının qaytarılması üçün növbəti dəhliz təşkil olunub. Bu barədə Sputnik Azərbaycan-a Dağıstan Respublikasının Məhərrəmkənd rayonunun başçısı Fərid Əhmədov məlumat verib.

Азербайджанская делегация встретилась в Дагестане с азербайджанцами - Sputnik Azərbaycan
Putin və Əliyev Dağıstanda baş verənləri müzakirə etməyiblər

Belə ki, iyunun 23-də Dağıstandan 250 Azərbaycan vətəndaşı çıxarılıb. Bu məqsədlə onlarla iri qabaritli avtobus Rusiya tərəfinə göndərilib.

18 Mart 2020-ci il tarixindən etibarən Azərbaycanla Rusiya arasında dövlət sərhədləri koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar bağlanıb. Nəticədə, Rusiya tərəfində vaxtında vətənə qayıda bilməyən bir neçə min azərbaycanlı qalıb. Öz növbəsində Azərbaycan hakimiyyəti mütəmadi olaraq xüsusi dəhlizlər açmaqla azərbaycanlıları 130-150 nəfərlik qruplar şəklində vətənə gətirir.

Əhmədovun sözlərinə görə, vətəndaşların köçürülməsi prosesi, iyunun 22-də Azərbaycandan Dağıstana gedən nümayəndə heyətinin nəzarəti altında həyata keçirilib. Nümayəndə heyətinin tərkibinə Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndələri daxil edilib.

Eyni zamanda, Dağıstanda hələ də vətənə qayıtmaq növbəsini gözləyən 400-dək soydaşımız var.

Bundan başqa, iyunun 25-də "Yaraq-Qazmalar" nəzarət-buraxılış məntəqəsindən keçməklə 450-dək Rusiya vətəndaşı Federasiyaya qaytarılacaq.

Xəbər lenti
0