19:01 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
140 0 0

AQTA yenə də bəzi mağaza və marketlərin adlarını açıqladı - Bu siyahıda sizin də üz tutduğunuz market ola bilər

BAKI, 22 iyun — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Belə ki, agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, AQTA əməkdaşları tərəfindən 21 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 124 ictimai iaşə obyekti, 186 ərzaq satışı mağazası olmaqla ümumilikdə 310 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 99-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır:

Qəbələ rayonunda Qəribov Elxan Həmdiyə oğluna məxsus "Elxan həftə bazarı"

Neftçala rayonunda Lətifov Qalib Heydər oğluna, Dadaşov Qəni İsrafil oğluna, Mirzəyeva Vüsalə Əlipaşa qızına və Sultanov Rəşad Rauf oğluna məxsus ərzaq mağazaları

Şamaxı rayonunda "Türk yarpaq dönəri" restoranı, "Sarvan" market, "Ülvi" market, "VİP" market, "Ruzi" market, "Bəyaz" market

İsmayıllı rayonunda "Göl istirahət guşəsi" restoranı

Ağstafa rayonunda Kosayev Qara Mirzə oğluna məxsus kafe

Quba rayonunda Hacıyev Qoşqar Zamir oğluna və Ramazanov Natiq Qulammirzə oğluna məxsus ərzaq mağazaları

Beyləqan rayonunda "Xan qızı" restoranı, "3 qardaş" kafe, "Beta" ərzaq mağazası və "Oba" market

Zərdab rayonunda "Balıq" restoranı

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Əsas mövzular