05:14 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
6010

Gədəbəyə sulu qar formasında başlayan yağıntı daha sonra doluya çevrilib, Daşkəsəndə də leysan xarakterli yağış yağıb, dolu düşüb

BAKI, 21 iyun – Sputnik. Gədəbəyə sulu qar yağıb.

Trend-in məlumatına görə, əvvəlcə sulu qar formasında başlayan yağıntı daha sonra doluya çevrilib.

Qeyd edək ki, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi proqnazlaşdırılırdı.

Qərb bölgəsinin dağlıq rayonlarından Daşkəsənə də leysan xarakterli yağış yağır, dolu düşüb.

"Report"un məlumatına görə, küləklə müşahidə olunan güclü yağış və dolu rayonda bəzi fəsadlar yaradıb. 

Daşkəsən şəhəri ilə yanaşı, bəzi kənd və qəsəbələrdə də meyvə ağaclarına, əkin sahələrinə qismən zərər dəyib. Kəskin hava şəraiti avtomobil yollarında nəqliyyatın hərəkətinə də çətinliklər yaradıb.

Hazırda küləkli və yağıntılı hava şəraiti davam edir.

Əsas mövzular