CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha 178 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək – Bu dəfə Gürcüstandan

© AFP 2023 / VANO SHLAMOVСитуация в связи с эпидемиологической обстановкой в Грузии
Ситуация в связи с эпидемиологической обстановкой в Грузии - Sputnik Azərbaycan
Abunə olmaq
Təxliyə ediləcək şəxslər 23 iyunda saat 10:00-da Səfirliyin qarşısından xüsusi avtobuslarla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə gətiriləcək

BAKI, 21 iyun – Sputnik. Gürcüstanda olan daha 178 Azərbaycan vətəndaşı təxliyə ediləcək.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, ölkəyə qayıdacaq şəxslər sabah COVİD-19 testi verəcək. Testlərin cavabı günün ikinci yarısında açıqlanacaq. Təxliyə ediləcək şəxslər 23 iyunda saat 10:00-da Səfirliyin qarşısından xüsusi avtobuslarla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə gətiriləcək.

Xəbər lenti
0