CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı əhlinin "12-ci dalan" kabusu və ya təhlükəli əyləncə - FOTO

© Sputnik / Irade JELILBilgəhdə çimərlik
Bilgəhdə çimərlik - Sputnik Azərbaycan
Abunə olmaq
İlk baxışda elə bir fikir formalaşa bilər ki, bura nəzarətsiz və pulsuz olduğu üçün ancaq imkansız şəxslər gəlirlər. Amma yolun üzərində sıralanmış avtomobilləri görəndə müəyyən etmək olur ki, hamı - varlı da, kasıb da bu dalandadır

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 20 iyun — Sputnik. Bir müddət öncə Nazirlər Kabineti yanında Operativ Qərargah çimərliklərlə bağlı metodiki göstərişlər verdi. Göstərişlərdə ailə üzvləri istisna olmaqla vətəndaşlar arasında 2 metr sosial məsafənin qorunması əsas şərtlərdən biri idi. Bu, icazəli, yəni nəzarətdə olan çimərliklər üçün nəzərdə tutulmuş göstərişlər idi. Ancaq bilirsiniz ki, paytaxtda nəzarətdə olmayan, qeyri-qanuni çimərliklər - "xalq çimərlikləri" də var. Və vətəndaşlarımız daha çox bu çimərliklərə üstünlük verirlər.

Sputnik Azərbaycan bildirir ki, bunlardan biri Nardaran yolunun üstündə, Bilgəh ərazisində, "12-ci dalan" adlanan yerdədir.

© Sputnik / Irade JELILBilgəhdə "12-ci dalan" adlanan ərazidə yerləşən çimərlikdə istirahət edənlər
Bakı əhlinin 12-ci dalan kabusu və ya təhlükəli əyləncə - FOTO - Sputnik Azərbaycan
Bilgəhdə "12-ci dalan" adlanan ərazidə yerləşən çimərlikdə istirahət edənlər

Öncədən deyim ki, burada dənizin çox hissəsi hasarlanıb və dənizə getmək üçün kiçik aralıqlar –dalanlar qoyulub. Dalanların bir çoxu yaşayış məntəqələrinə aparsa da, bir neçəsi dənizə gətirir. Sərinləmək həvəskarlarının daha çox üz tutduqları ərazi isə məhz "12-ci dalan"dır.

İlk baxışda elə bir fikir formalaşa bilər ki, bura nəzarətsiz və pulsuz olduğu üçün ancaq imkansız şəxslər gəlirlər.

Xeyr! Heç də elə deyil. "12-ci dalan" yolunun üzərində sıralanmış avtomobilləri görəndə müəyyən etmək olur ki, hamı - varlı da, kasıb da bu dalandadır.

© Sputnik / Irade JELILBilgəhdə "12-ci dalan" adlanan ərazidə yerləşən çimərlikdə istirahət edənlər
Bakı əhlinin 12-ci dalan kabusu və ya təhlükəli əyləncə - FOTO - Sputnik Azərbaycan
Bilgəhdə "12-ci dalan" adlanan ərazidə yerləşən çimərlikdə istirahət edənlər

Buraya gələn vətəndaşlar yüksək dünya görüşünə malik, intellektual inanlardır. Ancaq nədənsə "12-ci dalanı" seçiblər. Səsucaldanlarla yüksək səslə mahnıya qulaq asır və heç bir sosial məsafə, təhlükəsizlik qaydaları gözləmədən dənizə baş vururlar. Yəni buraya gələn insanların həyatlarına böyük biganəliyi var.

Kimi də dindirsən, halından məmnun olduğunu deyir.

Əraziyə bir neçə yerdə girişdə belə Fövqəladə Hallar Nazirliyi tərəfindən "giriş qadağandır" lövhələri vurulub. Amma təəssüf olsun ki, bu lövhələrə heç kim fikir vermir.

Məhz elə buna görədir ki, hər il onlarla vətəndaş "12-ci dalan"ın qurbanı olur. Həyata, qaydalara kortəbii yanaşmaq bəzilərinə həyatları bahasına başa gəlir. Qeyd edim ki, ərazi nəzarətsizdir. Yəni "12-ci dalan"ın sağ və sol tərəfi müxtəlif şəxslərə aid olsa da, 12 ortada qalıb. Sahibi yoxdur. Elə buna görədir ki, bəzi vətəndaşlar gözdən-könüldən uzaq olmaq üçün buraya üz tuturlar.

© Sputnik / Irade JELILÇimərliklərdə istirahət edənlər təhlükəsizlik qaydalarına riayət etmirlər. Bəziləri istifadə etdikləri tibbi maskalarını elə qumun üzərinə atıb gedirlər.
Bakı əhlinin 12-ci dalan kabusu və ya təhlükəli əyləncə - FOTO - Sputnik Azərbaycan
Çimərliklərdə istirahət edənlər təhlükəsizlik qaydalarına riayət etmirlər. Bəziləri istifadə etdikləri tibbi maskalarını elə qumun üzərinə atıb gedirlər.

Əslində, əraziyə yerli İcra Hakimiyyəti orqanı nəzarət etməli, vətəndaşlara nəzarətsiz çimərliyə daxil olmağa icazə verilməməlidir.

Ya da bu ərazi də digər baxımsız, sahibsiz çimərliklər kimi (məsələn, Şıx çimərliyi) nəzarətə götürülməlidir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "12-ci dalan"la bağlı dəfələrlə çağırışlar edilib, amma təəssüf ki, bunların heç bir nəticəsi olmayıb:

"Ərazi nəzarətimizdə olmasa belə, buraya "çimmək qadağandır" lövhələri quraşdırılıb ki, vətəndaşlar vəziyyəti başa düşsünlər. Ancaq heç bir nəticə yoxdur. Məhz elə buna görədir ki, ərazidə tez-tez boğulma hadisələri baş verir".
© Sputnik / Irade JELILFövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili
Bakı əhlinin 12-ci dalan kabusu və ya təhlükəli əyləncə - FOTO - Sputnik Azərbaycan
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili

Bilgəhdə Bakı əhlinin təhlükəli əyləncə məkanı var. Ölkədə koronavirus pandemiyasının tüğyan etməsinə baxmayaraq, insanların heç bir məsafə qorumadan əyləndiyi məkana heç kim nəzarət etmir. Sonra da hər gün artan koronavirus statistikasına səbəb axtarırıq...

Bir neçə saat sonra isə ölkənin bir neçə şəhər və rayonunda, o cümlədən Bakıda və Abşeronda ikihəftəlik sərt karantin rejimi başlanır. Həmin dövrdə aidiyyatı qurumların biganə qaldığı "12-ci dalan"ın "ürəyi sıxılan", "azadlıq aşiqi" olan paytaxt sakinlərinin gizlin istirahət məkanına çevrilməyəcəyinə kim zəmanət verir?

Xəbər lenti
0