CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki rayona qadın prokuror təyin edildi - Azərbaycanda ilk dəfə

© AFP 2023 / BRENDAN SMIALOWSKIБизнес-леди, фото из архива
Бизнес-леди, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi Səadət Rüstəmova Qobustan rayon prokuroru, Baş Prokurorluğun böyük prokuror – metodisti Lalə Hüseynova isə Zəngilan rayon prokuroru vəzifələrinə təyin ediliblər.

BAKI, 19 iyun — Sputnik. Müstəqil Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq xanım prokurorluq əməkdaşları vəzifədə irəli çəkilərək müstəqil rayon prokuroru vəzifələrinə təyinatlar almışlar.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən  məlumata görə, Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Bakı şəhəri Nizami rayon prokurorunun köməkçisi Səadət Rüstəmova tutduğu vəzifədən azad edilərək Qobustan rayon prokuroru, Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror – metodisti Lalə Hüseynova isə tutduğu vəzifədən azad edilərək Zəngilan rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Xəbər lenti
0