CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL-dan qadağa: Salona əl yükü ilə keçmək olmaz

© Photo : AZALAZAL təyyarəsi
AZAL təyyarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
AZAL-ın yeni qaydalarına əsasən, yalnız qadın çantasının və ya kişi portfelinin, həmçinin uşaqlar üçün zəruri əşyaların əl yükü qismində daşınmasına icazə verilir.

BAKI, 19 iyun – Sputnik. Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) COVID-19 pandemiyası dövründə əl yükünün daşınması qaydalarında dəyişikliklər edib.

Работа аэропорта Гейдар Алиев во время пандемии, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
AZAL iki gün dalbadal İstanbula uçacaq

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, yeni qaydalara əsasən, təyyarə salonuna əl yükünün keçirilməsi qadağandır.

Bu dəyişikliklər həm daxili, həm də beynəlxalq reyslərlə səyahət edən bütün sərnişinlərə şamil edilir: "Bu tədbiri tətbiq etməklə aviaşirkət təyyarə salonunda növbəni minimuma endirməyə və sərnişinlərin təyyarəyə maneəsiz daxil olmasını təmin etməyə çalışır".

AZAL-ın yeni qaydalarına əsasən, yalnız qadın çantasının və ya kişi portfelinin, həmçinin uşaqlar üçün zəruri əşyaların əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj bölməsinə təhvil verilməlidir.

Həmçinin "Duty Free" mağazalarından alınan əşyaların təyyarədə əl yükü qismində daşınması qadağandır.

Xəbər lenti
0