18:18 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
21 0 0

Deputat: "Məşğulluq Mərkəzlərindən işsiz kimi qeydiyyatda olanlara yenidən 190 manat yardım verilməli, koronavirusun zərər vurduğu sahələrlə bağlı da güzəştli addımlar atılmalıdır"

BAKI, 19 iyun — Sputnik. "Karantin rejimi təkcə səhiyyə deyil, həm də sosial və iqtisadi məsələdir. Əvvəlki karantin rejimində insanlara müəyyən yardım edildi, 190 manat verildi. Sonradan karantin yumşaldıdığı üçün bu məsələ gündəmdən çıxdı. Amma indi yenidən həmin vəziyyətə qayıdırıqsa, bu məsələyə də yenidən baxılmasına ehtiyac var".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Əli Məsimli deyib.

"Məşğulluq Mərkəzlərindən işsiz kimi qeydiyyatda olanlara yenidən 190 manat yardım verilməli, koronavirusun zərər vurduğu sahələrlə bağlı da güzəştli addımlar atılmalıdır", - deyə deputat qeyd edib.

İclasda Maliyyə naziri Samir Şərifov deyib ki, Əli Məsimlinin qaldırdığı məsələlər hökumətin və dövlət başçısının diqqətindən kənarda deyil və təxirə salınmadan müvafiq qərarlar qəbul ediləcək.

O bildirib ki, iyunun 18-də iki həftəlik sərt karantin rejiminin tətbiq ediləcəyi ilə bağlı məsələlərə baxılıb: "Şübhəsiz, təxirə salınmadan qərarlar qəbul ediləcək. Əgər lazım gələrsə, hökumət tərəfindən Prezidentə hər hansı bir düzəlişlərin olması ilə bağlı təqdimat da təqdim ediləcək".

Əsas mövzular