CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Turizm şirkətləri AZAL-a qarşı - Yenilik narazılığa səbəb olub

© Photo : AZALСтойка регистрации пассажиров в аэропорту Гейдар Алиев, фото из архива
Стойка регистрации пассажиров в аэропорту Гейдар Алиев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Biletlərin satışı kassalara yaxınlaşmaqla deyil, onlayn şəkildə həyata keçiriləcək. Yeni qaydaların tətbiqi turizm şirkətləri tərəfindən müəyyən narazılıqla qarşılanıb.

BAKI, 19 iyun — Sputnik. İyunun 18-dən Bakı-Naxçıvan-Bakı və xüsusi təşkil olunan Bakı-İstanbul-Bakı reyslərinin bərpası ilə əlaqədar olaraq Azərbaycan Hava Yolları (AZAL) tərəfindən biletlərin satışında xüsusi qaydalar tədbiq olunacaq. Bu istiqamətlərə olan biletlərin satışı kassalara yaxınlaşmaqla deyil, onlayn şəkildə həyata keçiriləcək.

AZAL təyyarəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
AZAL-dan qadağa: Salona əl yükü ilə keçmək olmaz

Yeni qaydaların tədbiqi turizm şirkətləri tərəfindən müəyyən narazılıqla qarşılanıb. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Turizm Agentlikləri Assosiasiyasından (ATAA) məlumat verilib. Bu səbəbdən də ATAA Azərbaycan Hava Yolları (AZAL) ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib.

AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına verdiyi açıqlamasına əsasən yeni qaydalarda müəyyən məhdudiyyətlər tətbiq ediləcək. Belə ki, pandemiya dövründə şirkətin sərnişinləri olan vətəndaşların sağlamlığını qorumaq, virusun geniş yayılmasının qarşısını almaq və sosial məsafəni saxlamaq məqsədilə biletlər yalnız onlayn şəkildə satışa çıxarılacaq. Eldar Hacıyevin sözlərinə görə, yeni məhdudiyyətlərin pandemiya dövründə tətbiq olunması çox vacibdir. Karantin bitdikdən sonra bilet satışları sərnişinlərin istəyinə uyğun olaraq həm kassalara yaxınlaşmaqla, həm də onlayn şəkildə mümkün olacaq.

Eyni zamanda turizm şirkətləri də öz müştərilərinə bilet satışını əvvəlki qaydada həyata keçirə biləcəklər. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası turizm şirkətlərinə bu məsələdə narahat olmamağı, COVID-19 virusunun yaratdığı mövcud vəziyyəti nəzərə alaraq AZAL-ın yeni qaydalarına anlayış göstərmələrini və səbirli olmalarını tövsiyə edir.

Xəbər lenti
0