05:36 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
223 0 0

Baş prokuror Kamran Əliyev müvafiq əmri ilə Bakının Suraxanı  Nərimanov, Nəsimi  rayonlarına və  Quba rayon una yeni prokurorlar təyin olunub.

 

BAKI, 19 iyun – Sputnik. Bakının daha üç rayonuna yeni prokuror təyin olunub.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsi rəisi Rəşid Mahmudov tutduğu vəzifədən azad olunaraq Suraxanı rayon prokuroru vəzifəsinə təyin edilib.

Bundan başqa Qax rayon prokuroru Hidayət Nurəlibəyov tutduğu vəzifədən azad edilərək Nərimanov rayon prokuroru vəzifəsinə təyinat alıb.

Bakının Nəsimi rayonuna da yeni prokuror təyin edilib. Əmrə əsasən, Həsən Hənifəyev Nəsimi rayon prokuroru təyin edilib.

Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlə Namiq Muradov Quba rayon prokuroru vəzifəsinə təyinat alıb.

Əsas mövzular