CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üç istiqamətdə güzəşt ediləcək: Pensiyaya çıxanda daha rahat yararlana biləcəklər

© © Sputnik / Elvin AhmadПожилая женщина, фото из архива
Пожилая женщина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili Vüqar Bayramov bildirib ki, söhbət əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışan vətəndaşlara daha tez pensiya hüququnun verilməsindən gedir.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 19 iyun — Sputnik. Əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla onlara yaşa görə əmək pensiyası hüququnun verilməsi nəzərdə tutulur.

Женщина у банкомата - Sputnik Azərbaycan
CƏMİYYƏT
Onlara xoş xəbər var: Bəzi şəxslərin pensiya yaşı aşağı salınır

Sputnik Azərbaycan xəbər verir ki, pensiya təyin edilərkən həm pensiya kapitalının, həm də ümumi stajın (kişilər üçün 25 il, qadınlar üçün 20 il) eyni anda tələb olunması zərurətinin aradan qaldırılması təklif edilir. Qeyd edilən kateqoriyadan olan vətəndaşlar üçün bu humanist yanaşma pensiya qanunvericiliyində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni layihədə əksini tapır.

Layihədə əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışan şəxslərin tələb olunan qədər stajı olmadığı hallarla bağlı da humanist yanaşma özünü göstərir. Belə hallar üçün tələb olunan pensiya kapitalının məbləğinin 30 faizədək azaldılması təklifi layihədə yer alıb. Bu da onların pensiya hüququna əlçatanlığını artırır.

Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov əmək şəraiti zərərli və ağır işlərdə çalışanların güzəştli pensiya təminatına əlçatanlığının artırılmasını Sputnik Azərbaycan-a şərh edib.

Millət vəkili bildirib ki, burada söhbət əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışan vətəndaşlara daha tez pensiya hüququnun verilməsindən gedir: "Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış və artıq hökumətə təqdim olunmuş təkliflərə əsasən, əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə azı 12 il 6 ay çalışmış kişilər və azı 10 il çalışmış qadınlar daha tez pensiyaya çıxmaq imkanı qazanacaqlar. Bu vətəndaşlar üçün pensiyaya çıxmaq ilə bağlı 3 istiqamətdə güzəştlərin tətbiq edilməsi təklif olunur. Birincisi, həmin vətəndaşlar üçün pensiya yaşı 5 il azaldılacaq və onlar pensiyaya daha tez çıxmaq imkanı qazanacaqlar. Bu da onların praktiki olaraq daha tez pensiya almaq hüququnun yaranmasına imkan verəcək".

"İkincisi, əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışan şəxslər üçün pensiya kapitalında 30 faizlik güzəşt tətbiq ediləcək. Bu zaman həmin vətəndaşlar pensiya kapitalında təxminən 10 min manatlıq güzəşt əldə edəcəklər. Bu, o deməkdir ki, həmin vətəndaşlar üçün tələb olunan pensiya kapitalı pensiya yaşına çatan zaman 30 faizlik güzəştlə hesablanacaq. Bu da onların hətta bəzi hallarda az pensiya kapitalı yığsa da belə həmin kapitala uyğun olaraq pensiyaya çıxmasına imkan verəcək. Bu addım pensiya kapitalı müəyyən edilən zaman həmin vətəndaşların güzəşt hüququnun əldə edilməsinə gətirib çıxardacaq" – deyə, V.Bayramov diqqətə çatdırıb.

Пожилая женщина, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Pensiya və yaşayış minimumu yenidən müzakirə ediləcək

O bildirib ki, üçüncüsü, əvvəlki qaydalarda əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışan şəxslərin pensiyaya çıxması üçün həm pensiya kapitalı, həm də iş stajı tələb olunurdu: "Artıq bu istiqamətdə də qaydalar sadələşdirilir. Belə ki, həmin vətəndaşlarımız üçün bu iki meyardan biri olarsa, o halda pensiya hüququnu vaxtından əvvəl əldə etmiş olacaq. Bu təkliflər müsbətdir, çünki bu addım həmin sahələrdə çalışanların daha tez pensiyaya çıxmaq hüququnun yaranması anlamına gəlir. Eyni zamanda bu dəyişikliklər imkan verəcək ki, onların pensiya məbləğində də artımlar olsun. Bu dəyişikliklər təsdiq edildikdən sonra həmin vətəndaşlar pensiya hüquqlarını daha tez əldə etməklə yanaşı, indiki dövrlə müqayisədə artırılmış pensiya məbləğindən faydalanmaq imkanı qazanacaqlar".

Millət vəkili əlavə edib ki, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənir. Əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər də həmin siyahı əsasında müəyyən edilir.

Xəbər lenti
0