17:58 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
63 0 0

"Mərhum həkimimiz Fikrət Namazov doğmaları ilə birlikdə tədbirdə iştirak edib. Həmin tədbirdə iştirak edən bir neçə qonaqda koronavirus testi müsbət çıxıb və karantin nəzarətinə götürülüb"

BAKI, 19 iyun — Sputnik. Bir neçə gündür ki, KİV-də Azərbaycan Tibb Universitetinin Onkoloji  Klinikasının həkimi, dosent Fikrət Namazovun və həkim İndira Səfərovanın COVID-19 virusuna klinikada yoluxduğu barədə yanlış informasiya yayılıb.

Koronavirus testi, arxiv şəkli
© AP Photo / David Zalubowski

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə yazılanlara cavab olaraq ATU-nun Mətbuat xidməti bildirir ki, iddialar tamamilə əsassızdır: "Əlbəttə, tibb işçiləri daim xəstələrlə təmasda olduqlarına görə  onların koronavirusa yoluxma ehtimalı daha yüksəkdir. Ancaq bizdə olan məlumata görə, bir müddət əvvəl mərhum həkimimiz Fikrət Namazov doğmaları ilə birlikdə tədbirdə iştirak edib. Həmin tədbirdə iştirak edən bir neçə qonaqda koronavirus testi müsbət çıxıb və karantin nəzarətinə götürülüb. Bir müddət sonra Fikrət Namazov da koronavirusun əlamətləri müşahidə edildiyindən həkim müayinəsi edilib və ATU-nun Tədris Terapevtik  Klinikasına yerləşdirilib. Təəssüf ki, aparılmış bütün müalicə tədbirləri effektsiz olub və həmkarımızın həyatını qurtarmaq mümkün olmayıb. Həkim İndira Səfərova isə hamiləliyinin 28-ci həftəsindən etibarən analıq məzuniyyətindədir və artıq 2 aydan çoxdur ki, işə gəlmir. İndira Səfərova hazırda  ATU-nun Tədris Cərrahiyə Klinikasında həkim nəzarətindədir və hamiləliyinin 37-ci həftəsindədir. Dölün ana bətnində vəziyyəti tam qənaətbəxşdir".     

"Əlavə olaraq onu da nəzərə çatdıraq ki, bizim klinikada hələ mart ayından etibarən koronavirusla mübarizəyə xüsusi diqqət yetirilir. Hər gün ATU-nun Onkoloji Klinikasında bütün qoruyucu tədbirlər görülür, həftədə bir  neçə dəfə dezinfeksiya işləri aparılır və bunun üçün geniş spektrli kimyəvi vasitələrindən istifadə olunur. Həmçinin klinikamızın əməkdaşları – bütün həkim və tibb personalı vaxtaşırı koronavirus testindən keçirilir və bu məsələyə klinikanın baş həkimi Nigar Mehdiyeva şəxsən nəzarət edir. Pasiyentlərimiz klinikaya daxil olduğu zaman onların hərarəti ölçülür, qoruyucu tibbi maskalardan istifadə etmələrinə ciddi diqqət yetirilir və pasiyentlər arasında sosial məsafə saxlanılır", - deyə ATU-nun mətbuat xidmətindən verilən məlumatda bildirilib. 

Məlumdur ki, müasir dövrdə təbabətin ən aktual problemlərindən biri və bəlkə də birinci onkoloji xəstəliklərdir.

ATU bu baxımdan xəstəliyin erkən aşkar edilməsi və vaxtında müalicəsinin olduqca vacibliyini vurğulayır: "Ona görə də, əhalidən xahiş edirik ki, hər hansı narahatçılıq olduğu zaman vaxt itirmədən  həkiməonkoloqa müraciət etsinlər. Amma əlbəttə ki, son ayların bəlası olan COVID-19-a qarşı özünü və doğmalarını qorumaq şərti ilə. ATU-nun Onkoloji Klinikasının kollektivi sizə ən yüksək səviyyədə xidmət etməyə hər zaman hazırdır".

Əsas mövzular