19:38 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
16 0 0

Reyd keçirilən obyektlərdən 184-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb

BAKI, 18 iyun — Sputnik. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində yoxlama-nəzarət tədbirləri davam etdirilir.

Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, AQTA əməkdaşları tərəfindən 17 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 182 ictimai iaşə obyekti, 223 ərzaq satışı mağazası olmaqla ümumilikdə 405 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 184-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

Suraxanı rayonunda "Halal süfrə" restoranı, "Ballı" market

Binəqədi rayonunda fiziki şəxs Xəlilova Tovuz Kazım qızına məxsus kafe, "Şuşa" kafesi, "Ocaq" kafesi

Nəsimi rayonunda "Yuva" market

Yasamal rayonunda "Dondurma" market

Qaradağ rayonunda "Əli" market

Digər rayon və şəhərlər üzrə:

Abşeron rayonu Novxanı kəndində "Caspian Breeze" istirahət mərkəzi

Xaçmaz rayonunda Yaqubov Zəki Seyfulla oğlu və Mehrəliyev Məcnun Gülmurad oğluna məxsus ət satışı mağazaları (hər iki müəssisənin fəaliyyəti məhdudlaşdırılmışdır)

Bərdə rayonunda fiziki şəxs Vəliyev Aydın Sabir oğlu, Hacıyev Elşad Rüstəm oğlu və Hüseynov Adil İsmayıl oğluna məxsus marketlər

İsmayıllı rayonunda fiziki şəxs Bağıyev Mahir Xanlar oğluna məxsus yeməkxana, Ələsgərov Elçin Əvsər oğluna məxsus ərzaq mağazası

Kürdəmir rayonunda fiziki şəxs Məmmədov Mübariz Özbək oğluna məxsus yeməkxana, Qəniyev Sadiq Səyyat oğluna məxsus "Bığ" restoranı

Şamaxı rayonunda Dəmirov Azər Zümürxan oğluna məxsus "Aqşin" kafesi, Yusifov Sahib Abdulməmməd oğluna məxsus ət satışı mağazası, "Rahat" market, Həsənov Qubad İbad oğluna, Qədirov Cahid Cavid oğluna və Səlifov Ülvi Vüqar oğluna məxsus ərzaq mağazaları

Göyçay rayonunda Babayev Nizami Sirac oğluna məxsus ərzaq mağazası

Göygöl rayonunda Babayev Orxan Ələmdar oğlu, Məmmədov Eldəniz Ağalar oğluna məxsus kafelər, "Dönər House" restoranı, "Dönər evi" kafesi, "Al market", "Əminə" market, "Oba" market, "Pərvin" market və Allahverdili Seymur Hüseyn oğluna məxsus ərzaq mağazası

Şəki şəhəri Baş Göynük kəndində "Eltun" və "Xocalı" market

Zaqatala rayonunda İsgəndərova Nargilə Cəbrayıl qızına məxsus kafe

Lənkəran rayonu, Ürgə kəndində Bağırov Altay Sahab oğluna məxsus "Cənub" market, Rəhimli Əzizağa Həsənağa oğluna məxsus "Rəhimli" market, Həsənov Samir Atəş oğluna məxsus ərzaq mağazası, Əbilov Əkbər Hüseynağa oğluna məxsus "Nihad" market

Sabirabad rayonunda Gülüşov Barat Hüseynqulu oğluna məxsus kafe, İsmayılov Mübariz Mikayıl oğlu, İsmayılov Fuad Adil oğlu, Xəlilov İlham Sahib oğlu, Güləliyev Güləli Nizami oğlu və Əliyev Cavid Mustafa oğluna məxsus ərzaq mağazaları

Tovuz rayonunda "Zirvə", "Yaşıl tala", "Atan bulaq", "Şəfa", "Çatax", "Ballı", "Holiday" kafeləri və "Dağ" market

Beyləqan rayonunda "Sərin" restoranı və "Beyləqan" market

Siyəzən rayonunda Salmanov Səlim Kərim oğluna məxsus ərzaq mağazası

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək

Əsas mövzular