CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu ərazidə sərnişinlərə maska paylandı

© Baku Transport AgencySərnişinlərə
Sərnişinlərə - Sputnik Azərbaycan
Abunə olmaq
Aksiya mütəmadi olaraq davam etdiriləcək və "Nəqliyyat Könüllüləri" səhər və axşam pik saatlarında daha çox sərnişin axını müşahidə olunan dayanacaq məntəqələrində sərnişinlərə maska və maarifləndirici broşürlər paylayacaqlar

 

BAKI, 18 iyun — Sputnik. Bakı Nəqliyyat Agentliyinin (BNA) həyata keçirdiyi aksiya çərçivəsində "Nəqliyyat Könüllüləri" bu dəfə "20 Yanvar" metrostansiyası ətrafında yerləşən avtobus dayanacaq məntəqələrində vətəndaşlara koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair təlimat broşürləri və maskalar paylayıblar, eləcə də sərnişinləri maarifləndiriblər. Bu barədə Sputnik Azərbaycan-a BNA-dan məlumat verilib.

Qeyd edilib ki, aksiya mütəmadi olaraq davam etdiriləcək və "Nəqliyyat Könüllüləri" səhər və axşam pik saatlarında daha çox sərnişin axını müşahidə olunan dayanacaq məntəqələrində sərnişinlərə maska və maarifləndirici broşürlər paylayacaqlar.

Xəbər lenti
0