CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah Milli Məclis toplanır - 17 məsələyə baxılacaq

© Official website of President of Azerbaijan RepublicAltıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası
Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası - Sputnik Azərbaycan
Abunə olmaq
"Peşə təhsili haqqında", "Ümumi təhsil haqqında", "Məktəbəqədər təhsil haqqında" və digər qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.

BAKI, 18 iyun — Sputnik. Sabah Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasın gündəliyinə 17 məsələ daxil edilib.

İlk olaraq "2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə üçüncü oxunuşda baxılacaq.

"Məhkəmə-Hüquq Şurası haqqında", "Mediasiya haqqında", "Yol hərəkəti haqqında", "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında", "İcra məmurları haqqında", "Telekommunikasiya haqqında" qanunlarda, İnzibati Xətalar Məcəlləsində, "Milli Məclisin Daxili Nizamnaməsi"ndə dəyişikliklərə baxılacaq.

"Bələdiyyələrin statusu haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Dövlət qulluğu haqqında", "Peşə təhsili haqqında", "Ümumi təhsil haqqında", "Məktəbəqədər təhsil haqqında" qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.

Xəbər lenti
0