CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Saxta "əlilllər" aşkarlanır - İmtiyazlar ləğv ediləcək

© AFP 2023 / SHAH MARAIЧеловек с ограниченными возможностями, фото из архива
Человек с ограниченными возможностями, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əlilliyi olan şəxslərin reyestri, bu kateqoriyadan olan vətəndaşların reabilitasiyası, dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması ilə bağlı qaydaların və s. normativ aktların layihələri də hazırlanır. 

BAKI, 18 iyun — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlillik və reabilitasiya məsələləri ilə bağlı işçi qrupunun videokonfrans formatında iclası keçirilib. Sputnik  Azərbaycan-a Nazirlikdən verilən məlumata görə, iclasda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sosial sahədə aparılan islahatların əlillik və reabilitasiya sahələrini də əhatə etdiyini vurğulayıb.

Nazir bildirib ki, əlilliyin qiymətləndirilməsi və tibbi-sosial reabilitasiya sistemlərinin şəffaflaşdırılması, bu sahələrdə aşkarlığın təminatı və inzibatçılığın təkmilləşdirilməsi, mütərəqqi təcrübələrdən irəli gələn meyarların tətbiqi üçün müvafiq işlər davam etdirilir. S.Babayev deyib ki, “Əlilliyin müəyyən olunması meyarları”nın layihəsi hazırda razılaşdırma prosesindədir və bu meyarlar əlilliyin qiymətləndirilməsində əmək qabiliyyətinin itirilməsi faizinin əsas götürülməsini nəzərdə tutan yeni keyfiyyət dəyişikliyi yaradacaq. Həmçinin əlilliyi olan şəxslərin reyestri, bu kateqoriyadan olan vətəndaşların reabilitasiyası, dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması ilə bağlı qaydaların və s. normativ aktların layihələri də hazırlanır. 

Nazir “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun təkmilləşdirilməsi üçün qanuna əlavə və düzəlişlərlə bağlı yeni təkliflərin də hazırlanmaqda olduğunu deyib. S.Babayev yanlış əlillik təyinatlarının da aşkar edilərək ləğv edilməsi işlərinin davam etdirildiyini qeyd edib. O, bu il əsaslı təmir və yenidənqurma işlərindən sonra yeni reabilitasiya müəssisələrinin açılmasının nəzərdə tutulduğunu bildirib. İclasda əlilliyin qiymətləndirilməsi üzrə ümumi icmal, statistik məlumat təqdim edilib, bununla əlaqədar, habelə yeni qanunvericilik layihələri və islahatlar, innnovasiyalar və təkmilləşdirmələrlə bağlı müzakirələr aparılıb.  Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin fəaliyyətinin təkmilləşdirilməsinə dair görülən işlər, əlilliyi olan şəxslərin reabilitasiyası sisteminin səmərəli təşkili, bərpa mərkəzlərinin maddi-texniki təchizatının gücləndirilməsi və müasirləşdirlməsi məsələləri nəzərdən keçirilib.

Xəbər lenti
0