CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müqəddəs yer boş qalmır: AzTV-yə yeni mətbuat katibi təyin olundu - FOTO

© Sputnik / Sergey PyatakovЖенщина несет папку с документами, фото из архива
Женщина несет папку с документами, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nərgiz Rəfiyeva bu ilin əvvəlindən etibarən AzTV-də sosial media və ictimaiyyətlə əlaqələr şöbəsində müavin vəzifəsində çalışır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 iyun — Sputnik. Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov vəzifəsindən azad olunub.

Sputnik Azərbaycan-a AzTV-dən daxil olan məlumata görə, Mübariz Aslanovun yerinə Nərgiz Rəfiyeva təyin edilib. Nərgiz Rəfiyeva vaxtilə "Lider TV"də, "Azərfon" da  "Yeni Həyat" şirkətlər qrupunun PR və marketinq şöbəsinin direktoru, Park Cinemanın PR-meneceri vəzifələrində çalışıb.

© Photo : Courtesy of Nargiz RafiyevaNərgiz Rəfiyeva
Müqəddəs yer boş qalmır: AzTV-yə yeni mətbuat katibi təyin olundu - FOTO - Sputnik Azərbaycan
Nərgiz Rəfiyeva

N. Rəfiyeva Sputnik Azərbaycan-a açıqlamasında təyinatını təsdiqləyib. O, bildirib ki, bu ilin əvvəlindən etibarən AzTV-də sosial media və ictimaiyyətlə əlaqələr şöbəsində müavin vəzifəsində çalışır . Bu gündən etibarən isə artıq sözügedən şöbənin müdiri vəzifəsinin icrasına başlayıb: "Mən hər zaman işlədiyim qurumlarda  ictimaiyyətlə  əlaqələr şöbəsində çalışmışam. Ona görə də, AzTV-də də bu şöbəyə təyin olunmağım təsadüfi deyil".

Xəbər lenti
0