CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İranlı nazir Bakıdan kömək istədi

© AFP 2023 / STRFərhad Dejpəsənd, arxiv şəkli
Fərhad Dejpəsənd, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İranın İqtisadi İşlər və Maliyyə naziri  Şahin Mustafayevi İrana səfərə dəvət edib və ümidvar olduğunu bildirib ki, sağlamlıq qaydalarına tam əməl olunmaqla 14-cü Birgə İqtisadi Komissiyanın iclası yaxın gələcəkdə Tehranda keçirilə bilər.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 iyun – Sputnik. İranın İqtisadi İşlər və Maliyyə naziri, İran-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyanın həmsədri Fərhad Dejpəsənd Azərbaycan Baş nazirinin müavini, komissiyanın azərbaycanlı sədri Şahin Mustafayevə zəng edib.

Народный артист Азербайджана, тарист Рамиз Гулиев, фото из архива - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
İran milli orkestri Azərbaycanın xalq artisti ilə birlikdə "Layla"nı ifa edib

Bu barədə Sputnik Azərbaycan-a İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Fərhad Dejpəsənd bu telefon danışığı əsnasında koronavirus pandemiyası zamanı Azərbaycan iqtisadiyyatına ciddi ziyan dəyməməsini arzulayıb və mövcud vəziyyətdə iki ölkə arasında münasibətləri dərinləşdirmək sahəsində göstərdiyi səmimi səylərinə görə Şahin Mustafayevə təşəkkür edib. O ümidvar olduğunu bildirib ki, birgə əməkdaşlıq və qarşılıqlı kömək nəticəsində iki ölkə arasındakı iqtisadi əlaqələr genişlənib və güclənib.

İranın İqtisadi İşlər və Maliyyə naziri özünün azərbaycanlı həmkarını İrana səfərə dəvət edib və ümidvar olduğunu bildirib ki, sağlamlıq qaydalarına tam əməl olunmaqla 14-cü Birgə İqtisadi Komissiyanın iclası yaxın gələcəkdə Tehranda keçirilə bilər.

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyanın iranlı sədri Şimal-Cənub dəhlizində iki ölkə arasındakı ortaq layihələr, habelə Biləsuvarda iki ölkə arasındakı sərhədə yaxın bir yerdə sənaye şəhərciyinin inşası ilə bağlı son vəziyyətə toxunaraq, Azərbaycan Respublikasının giriş və çıxışlarında İranın tranzit yük avtomobillərinin sürücüləri ilə bağlı mövcud bəzi problemlərdən söhbət açıb və problemin həlli üçün Şahin Mustafayevdən kömək istəyib.

Ş.Mustafayev İran İslam Respublikası rəsmilərinə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə göstərdikləri diqqətə görə təşəkkür edərək bildirib: “Koronavirus ilə mübarizə və xəstəliyin yayılmasının ölkənin iqtisadi sektorlarına mənfi təsirini minimuma endirmək üçün hökumət cəmiyyətin həssas sektorlarını, işəgötürənləri və iqtisadi fəalları dəstəkləmək üçün hərtərəfli və detallı planlar hazırlayaraq bir çox addım atıb”.

O, həmçinin İran tərəfinin ortaq layihələrlə bağlı qaldırdığı fikirlərə cavab olaraq bildirib ki, hər bir mövzunu ayrı ayrılıqda müvafiq orqanların məsul şəxsləri ilə müzakirə etmişik və bir-birimizin sıx əməkdaşlığı nəticəsində bu layihələri ən qısa müddətdə yekunlaşdırmağa çalışacağıq”.

Xəbər lenti
0