17:36 02 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (170)
199110

"Bəhram Bağırzadənin xaricə aparılmasını məqsədəuyğun hesab etmirəm" - Həkim son vəziyyəti dəyərləndirdi.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 17 iyun — Sputnik. "COVID-19 xəstələrinin hər birinin, o cümlədən hamımızın sevimlisi Bəhram Bağırzadənin müalicəsinə dövlət səhiyyə sistemi, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən yüksək diqqət ayrılması, səhiyyənin bütün resurslarının və ən təcrübəli qüvvələrinin, sanballı praktik həkimlərin və ünlü tibb alimlərinin cəlb edilməsi olduqca qürurvericidir. 

Bəhram Bağırzadənin həyatının COVID-19 səbəbindən təhlükəyə düşməsi hər bir azərbaycanlı, eyni zamanda bir həkim kimi məni də narahat edir və etməkdədir. Onun tezliklə sağalmasını, ailəsinə, cəmiyyətə, incəsənətə dönüşünü ən çox arzu edən, dualarını əsirgəməyən yüz minlərdən biriyəm. Bu istiqamətdə birlikdə çalışmalı, biliklərimizi və təcrübəmizi bölüşməli, birimiz digərimizi inkar etməklə qürurlanmamalı, birlikdə ortaq məxrəcə gəlməli və qələbəyə aparan formulu, yolu, heç olmasa istiqaməti tapmalıyıq".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm açıqlamasında bildirib.

Rusiya bu gün koronavirus vaksininin sınaqlarına başlayır

"Biz bu yola məhkumuq. Ölkənin prezidenti də "Biz ayrılıqda, pərakəndə yox, birlikdə güclüyük!" sloqanını da bu məqsədə çatmaq üçün işlədib. Onun insanlara çatdırılması üçün də hər cür vasitələrə əl atıldı, hətta Alov qüllərinə də yazıldı. Bəhram Bağırzadəyə ağciyər transplantasiyası edilməsinin zəruriliyi təklifini ilk dəfə mən irəli sürmüş və təklifimi kifayət qədər elmi əsaslandırmşam. Birincisi, fəaliyyətini 90% itirmiş ağciyərlər sepsis, infeksiya (virus, bakteriya assosiasiyaları və b.) səbəbindən dərhal, mümkün qədər erkən müddətlərdə cərrahi yolla çıxarılmalı, xəstənin həyatı, daha doğrusu tənəffüs fəaliyyəti indiki kimi ECMO ilə davam etdirilməlidir. Bu halda digər orqanlara və toxumalara, ən əsası həyati vacib orqanlara ilk növbədə virusların generasiyasinin, ekspansiyasının qarşısı alınar, həmin orqanların və toxumaların farmakoloji, medikal qorunması, virussuzlasdırılması və bərpası təmin edilər. Ən əsası uyğun canlı donor axtarışı prosesi aparılar və orqanizm üçün ən əlverişli, ən optimal zamanda ağciyər paylarının transplantasiyası həyata keçirilə və xəstənin həyata dönmə şansları xeyli arta bilər. Çox rəğbət  bəslədiyim ünlü professor kardiovaskulyar cərrah Rəşad Mahmudov müalicə komandasının rəhbərlərindən biri kimi xəstə haqqında daha dolğun biliklərə, tibbi məlumatlara malik olduğundan və xəstəni anbaan izlədiyindən tibbi qanunlara görə qərar qəbuletmə prosesində həlledici hüquqa malikdir", - deyə həkim əlavə edib.

O, əsassız məlumatlar haqda da danışıb: "Həkimin və komandasının sonrakı qərarlarına da hörmət bəsləməyi vacib hesab edirəm. Güman edirəm ki, mənim arqumetlərimə və faktlarıma da qarşılıqlı sayğı göstəriləcək. Dünən mətbuatda Yaponiyada ECMO aparatına qoşulmuş 23 ağır COVID-19 xəstəsinin hamısının sağalması barədə yanlış, əsassız və yayındırıcı məlumat gedib. Tamamilə absurd, mənbəyi olmayan dezinformasiyadır. ECMO altında kəskin tənəffüs çatmazlığı olan xəstələrin maksimum 40%-nin həyata dönüşü mümkün olur. Bizim xəstələrimizin müalicəsinin yanlış statistika, səhv məlumatlar əsasında aparılmasının qəti əleyhinəyəm".

"Bu vəziyyətdə Bəhram Bağırzadənin xaricə aparılmasını tamamilə məqsədəuyğun hesab etmirəm. Dünən Oksford Universitetinin tədqiqatçılar qrupunun hələlik elmi mətbuatda dərc edilməmiş və klinik tətbiqinə icazə verilməmiş məlumatları, son tədqiqatlarının nəticələri açıqlandı. Kəskin tənəffüs çatmazlığı ilə ağırlaşmış və ağciyərləri əvəz edən aparata qoşulmuş COVID-19 xəstələrinin 5-dən yalnız 1-nə steroid iltihab əleyhinə dexametazon preparatı 6 mq dozada (10 gün istifadə edildikdə) müsbət, sağaldıcı effekt göstərib. Kimyəvi pnevmonit, atipik pnevmoniya yox, COVID-19 infeksiyasının geridönməz ən təhlükəli ağırlaşmasıdır. 

Ağciyərlərin mikrotənəffüs sisteminə alveolyar-bronxial və asinus kompleksinə dolmuş hialuron turşusu bu sistemi məhv edir, qoruyucu surfaktant kompleksini dağıdır və fibrozlasmağa, yəni çağıqlaşmağa yol açır. Sonda sağlam ağciyər toxuması fəaliyyət göstərməyən və bərpası mümkün olmayan çapıq toxuması ilə əvəzlənir. Bu ağciyərlərin tükənməsi, iflasıdır. Yeganə həyatqurtarıcı yol ağciyərlərin əvəzlənməsidir. Bəhram Bağırzadənin sağalması istiqamətində hər cür müzakirələrə və mücadilələrə hər zaman açığam və hazıram. Yeri gəlmişkən, bir məsələni Avropanın və dünyanın ən təcrübəli və nüfuzlu ağciyər transplantasiyası komandalarından birinin rəhbəri, Azərbaycan sevdalısı, professor Cemal Asem Kutlu ilə bir neçə dəfə müzakirə etmişik. Professor uyğun bilinərsə, Bəhram Bağırzadəyə, digər xəstələrimizə öz komandası ilə hər zaman tam səmimiyyətlə və təmənnasız hər cür yardım göstərməyə, kömək göstərməyə hazır olduğunu azərbaycanlı qardaşlarına çatdırmağı məndən dönə-dönə xahiş edib", - deyə Ə.Rüstəm bildirib.

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (170)

Əsas mövzular