CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tilsimə düşmüş yol: Deyəsən, bu xəmir çox su aparacaq – VİDEO

© Sputnik / Irade JELILBibiheybət yolunda təmir işləri
Bibiheybət yolunda təmir işləri - Sputnik Azərbaycan
Abunə olmaq
Təmir işləri sürətlə davam edir. Amma belə davam edərsə, yolun təmir edilərək istifadəyə verilməsi iyunun axırlarına təsadüf edəcək.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 17 iyun — Sputnik. Ötən ilin noyabr ayında Bibiheybət yolunda 100-200 metrlik ərazidə uçqun oldu. Yol çökərək istifadəyə yararsız vəziyyətə düşdü. Əraziyə cəlb edilən mütəxəssislər yoxlama zamanı müəyyən etdilər ki, uçmaya səbəb yamacın doymasıdır. Yəni qrunt suları torpağı doydurduğu üçün torpaq sürüşməsi baş verib və nəticədə yol dağılıb.

Qısacası, hadisəyə səbəb antropogen amillər göstərildi.

© Sputnik / Irade JELILBibiheybət yolunda təmir işləri
Tilsimə düşmüş yol: Deyəsən, bu xəmir çox su aparacaq – VİDEO - Sputnik Azərbaycan
Bibiheybət yolunda təmir işləri

Sonradan əraziyə yenidən baxış keçirildi, prosesə xarici mütəxəssislər də cəlb edilərək, geoloji kəşfiyyat aparıldı. Yeni layihə hazırlanaraq təmir işlərinə başlanıldı. Əvvəlcə təmirin işlərinin ilin ilk rübü ərzində başa çatacağı deyilsə də, sonra işlər xeyli yubandı.

Hazırda ərazidə yekun təmir işləri aparılır. Təmir-bərpa işlərini həyata keçirən qurum kimi çıxış edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, təmir-bərpa işləri bu həftə də davam edəcək.

© Sputnik / Irade JELILBibiheybət yolunda təmir işləri
Tilsimə düşmüş yol: Deyəsən, bu xəmir çox su aparacaq – VİDEO - Sputnik Azərbaycan
Bibiheybət yolunda təmir işləri

A.Nəcəfli qeyd edib ki, tikinti-bərpa işləri sözügedən ərazidə aparılan geoloji-kəşfiyyat işlərinin hesabatına uyğun Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və xarici mütəxəssislərin iştirakı ilə hazırlanmış layihə əsasında aparılır.

"Sözügedən layihəyə uyğun olaraq artıq yamacın aşağı hissəsində svay əsaslı istinad divarının inşası yekunlaşdırılıb. Bunun üçün ərazidə svay vurma işləri aparılıb. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulub və üzərində 1.5 metr qalınlıqda monolit dəmir-beton tava inşa edilib. Tava üzərində 8 metr hündürlükdə istinad divarı tikilib" – deyə o bildirib.

A.Nəcəflinin sölərinə görə, analoji işlər yamacın üst hissəsində də aparılıb.

Eyni zamanda ərazidə yağış və qrunt sularının ərazidən kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa edilib, yeni drenaj və yağış-kanalizasiya sistemi yaradılıb, istinad divarında su axınını təmin etmək üçün eninə istiqamətdə borular atılıb.

Hazırda ərazidə yeni yol yatağı inşa olunur. Ardınca yol əsası inşa edilərək yaxın günlərdə asfaltlanma işlərinə də start verilməsi planlaşdırılır.

© Sputnik / Irade JELIL
Bibiheybət yolunda təmir işləri - Sputnik Azərbaycan
1/3
Bibiheybət yolunda təmir işləri
© Sputnik / Irade JELIL
Bibiheybət yolunda təmir işləri - Sputnik Azərbaycan
2/3
Bibiheybət yolunda təmir işləri
© Sputnik / Irade JELIL
Bibiheybət yolunda təmir işləri - Sputnik Azərbaycan
3/3
Bibiheybət yolunda təmir işləri
1/3
Bibiheybət yolunda təmir işləri
2/3
Bibiheybət yolunda təmir işləri
3/3
Bibiheybət yolunda təmir işləri

Ümumilikdə tikinti-bərpa işlərinin həftə ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Amma bu, yolun dərhal açılması demək deyil. Belə davam edərsə, yolun təmir edilərək istifadəyə verilməsi iyunun axırlarına təsadüf edəcək.

Xəbər lenti
0