CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusla bağlı proqnoz- doqquzuncu aydan sonra...

Abunə olmaq
"Ancaq o zamana qədər sadəcə dözmək lazımdır. İnsanlar səbrli olmalıdırlar. Başqa yol yoxdur" - Xəyal Məmmədov

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 16 iyun — Sputnik. 2020 Azərbaycan, eləcə də bütün dünya üçün uğurlu olmadı. Mən ötən ildən bu ilin proqnozunu vermişdim. 2020 çox mənfi enerjili bir rəqəmdir. İl də mənfi enerjili ildir. Azərbaycan üçün isə ağır ildir.

Bu barədə Sputnik Azərbaycan-a numeroloq Xəyal Məmmədov deyib.

Onun sözlərinə görə, bu ili çalışıb yola vermək lazımdır. 2020 yaxşı il kimi yaddaşlarda qalmayacaq.

© Sputnik / Irade JELILNumeroloq Xəyal Məmmədov
Koronavirusla bağlı proqnoz- doqquzuncu aydan sonra... - Sputnik Azərbaycan
Numeroloq Xəyal Məmmədov
"Pandemiya yenicə başlayanda heç kim inanmırdı. Ancaq bu virus var. Tanıdığım insanlar var ki, müalicə alırlar. 10 milyon əhalinin neçə milyonu xəstələnməlidir ki, görməyənlər görə bilsinlər. Bunu heç arzulamayın da", - deyən numeroloq vurğulayıb ki, 2021-ci ilin necə keçməsi 2020-dən asılı olacaq. Bu səbəbdən də xalq olaraq, bir olub bu vəziyyətdən çıxmaq lazımdır.

X.Məmmədov qeyd edib ki, pandemiya heç bir dövlətə sərf etmir.

"Sentyabr ayına qədər bu çətinliklər olacaq. COVID-19 yanvar ayında, birinci ayda başlayıb, 9 ayda sona yetəcəyini düşünürəm. Ancaq o zamana qədər sadəcə dözmək lazımdır. İnsanlar səbrli olmalıdırlar. Başqa yol yoxdur.

2020 bütün dünya üçün ağır ildir. Sadəcə yola vermək lazımdır".

Xəbər lenti
0