17:28 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
25 0 0

14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək (ümumilikdə 54 saat) Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib

BAKI, 14 iyun — Sputnik. Qaradağ rayonu Səngəçal qəsəbəsində sərt karantin qaydalarını pozaraq çimərliyə gedən 8 nəfər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin şəxslər saxlanılıblar.

Onlar İnzibati Xətalar Məсəlləsinin müvafiq maddəsi ilə cəzalandırılıblar.

Qeyd edək ki, Azərbaycanda çimərlik mövsümü iyunun 15-dən başlanır. Ölkədə isə 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək (ümumilikdə 54 saat) Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)

Əsas mövzular