CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıt bulvarı yaxınlığında romantik olmayan mənzərə - FOTO/VİDEO

© Sputnik / Nigar IskanderovaZibil
Zibil - Sputnik Azərbaycan
Abunə olmaq
Sumqayıt şəhər İcra Hakimiyyəti bulvarın yanındakı bu arzuolunmaz vəziyyəti ən azından bilir, amma bilsə də, heç bir tədbir gömür

BAKI, 13 iyun — Sputnik. "Sumqayıt bulvarının qurtaracağının düz yaxınlığında heç də romantik olmayan, çox acınacaqlı mənzərə yaranıb. Ərazi əməlli-başlı zibil poliqonuna çevrilib". Bu barədə Sputnik Azərbaycan-a Ramiz Məmmədov adlı oxucu məlumat verib.

© Sputnik / Nigar IskanderovaSumqayıt bulvarı yaxınlığında
Sumqayıt bulvarı yaxınlığında romantik olmayan mənzərə - FOTO/VİDEO - Sputnik Azərbaycan
Sumqayıt bulvarı yaxınlığında

O bildirib ki, dənizin kənarındakı zibilxanada bulvarın uzadılması zamanı işlədilən tikinti materiallarının qalıqlarına, müxtəlif növ tullantılara, biçilmiş ot topalarına , daş parçalarına, bir sözlə hər cür zibil növünə rast gəlmək olar: "Bura zibil maşınlarla, özü də heç də adi vətəndaşlar tərəfindən tökülmür. Ərazidəki zibil yığnağı günü-gündən artır. Təbii ki, bütün bunlar ətraf mühitə ziyan vurur, ekologiyanı korlayır, antisanitariya şəraiti yaradır. Üstəlik, bu ərazidən kanalizasiya suyu birbaşa dənizə axır. Bu cür mənzərə bulvarın simasına da xələl gətirir".

"Maraqlıdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti bulvarın yanındakı bu arzuolunmaz vəziyyəti ən azından bilir, amma bilsə də, heç bir tədbir gömür. Həmçinin aidiyyatı dövlət qurumları, ələlxüsus Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Sumqayıt şəhər Təmizlik Departamenti məsələ ilə bağlı bir tədbir görsəydilər pis olmazdı. Çünki bu, ən azından qanunsuzluqdur", - deyə Sumqayıt sakini bildirib.

© Sputnik / Nigar IskanderovaSumqayıt bulvarı yaxınlığında
Sumqayıt bulvarı yaxınlığında romantik olmayan mənzərə - FOTO/VİDEO - Sputnik Azərbaycan
Sumqayıt bulvarı yaxınlığında
Xəbər lenti
0