CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dedilər və etdilər: Həyətlərə konteynerlər qoyulur

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidZibil qutusu
Zibil qutusu - Sputnik Azərbaycan
Abunə olmaq
Sərt karantin günlərində kommunal xidmətlər gücləndirilmiş iş rejimində çalışacaq, bu konteynerlərin ətrafı da dezinfeksiya ediləcək

BAKI, 13 iyun — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 14 iyun tarixindən 2 gün ərzində Bakı şəhəri də daxil olmaqla 3 şəhər və 5 rayonun ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin strukturları, şəhərin kommunal xidmətləri tərəfindən əlavə tədbirlər həyata keçirilir.

Yeni zibil qabları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda sərt karantin günlərində zibil probleminə çarə

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, paytaxtda koronovirus pandemiyası ilə mübarizə tədbirlərinin mühüm bir hissəsini yaşayış binaları, giriş blokları, ümumi istifadə yerləri, idman meydançaları, lift kabinələri və digər yerlərin təmizliyinin təmini, həmin yerlərin mütəmadi olaraq dezinfeksiyası təşkil edir.

Eyni zamanda məişət tullantılarının vaxtında daşınması da mühüm əhəmiyyət kəsb edir.

Keçən həftə sərt karantin günlərində vətəndaşların üzləşdiyi müəyyən çətinliklərlə bağlı onların müraciətləri nəzərə alınaraq kommunal xidmətlər tərəfindən paytaxtın bütün rayonlarında məişət tullantılarının atılması üçün konteyner meydançası olmayan çoxmərtəbəli yaşayış binalarının həyətlərinə, blokların çıxışına yaxın yerlərdə məişət tullantılarının atılması üçün tullantı konteynerləri qoyulur. Bu da 2 günlük sərt karantin günlərində sakinlərin problemlərinin həllinə kömək olacaqdır.

Bildirilib ki, dünəndən etibarən bu prosesə başlanılıb. İki gün ərzində meydançalardakı mövcud konteynerlərdən əlavə daha 1000-dən çox belə konteyner qoyulacaq və bu, müvəqqəti haldır. Sonradan konteynerlər yığışdırılaraq meydançalara qaytarılacaq.

Həmin günlərdə kommunal xidmətlər gücləndirilmiş iş rejimində çalışacaq, bu konteynerlərin ətrafı da dezinfeksiya ediləcək.

Xəbər lenti
0