CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL sərnişinlərdən koronavirusla bağlı arayış tələb edəcək

© Photo : AZALПрибывшие рейсом из США
Прибывшие рейсом из США - Sputnik Azərbaycan
Abunə olmaq
İyunun 18-də saat 12:00-da Bakı-Naxçıvan istiqamətində ilk uçuş olacaq. Hər bir sərnişinin temperaturu ölçüləcək və dezinfeksiya olunacaq

BAKI, 11 iyun — Sputnik. “Azərbaycana gələn bütün sərnişinlərin son 48 saatda aldıqları koronavirusdan neqativ nəticə olduğunu göstərən arayış olmalıdır”.

Sputnik Azərbaycan-ın məlumatına görə,  bunu AZAL-ın vitse-prezidenti Eldar Hacıyev bu gün Operativ Qərargahda keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, yeni qaydalara əsasən, hər bir sərnişinin temperaturu ölçüləcək və dezinfeksiya olunacaq: “Temperaturu yüksək olan şəxslər tibb müəssisələrinə köçürülücəklər”.

E.Hacıyev Naxçıvana uçuşlarla bağlı da məlumat verib. O bildirib ki, iyunun 18-də saat 12:00-da Bakı-Naxçıvan istiqamətində ilk uçuş olacaq. Həmin gün saat 15:00-da ikinci uçuş həyata keçiriləcək.

Xəbər lenti
0