CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyanın ən gözəl qızlarından biri Bakıya qayıtmaq arzusundadır

© © Photo / Instagram / kristizamirМодель Кристина Замир, фото из архива
Модель Кристина Замир, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Model Kristina Zamir etiraf edib ki, Xəzər dənizi, Azərbaycan mətbəxi və vətəndə qalan dostları üçün darıxır.

BAKI, 10 iyun - Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı modeli Kristina Zamir Moskvadan ənənəvi olaraq hər yay mövsümünü keçirdiyi Bakıya qayıtmaq arzusundadır.

 Диана Ахадпур, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məşhur azərbaycanlı modelyer evli kişilərlə sevgili olmasından danışdı

Sputnik Azərbaycan-ın məlumatına görə, model deyib ki, hansı ölkədə olmasından asılı olmayaraq, həmişə yayda Bakıya qayıdır.

"Nə qədər kədərli olsa da, etiraf edim ki, bu, mənim sevimli və doğma şəhərimdən ayrı keçirdiyim ilk yaydır. Xəzərim, onun yabanı çimərlikləri, doğma Azərbaycanın rəngarəng rayonları, milli mətbəxinin dadları, demək olar ki, hər gün yediyim kababları, dostlarım, doğma hava üçün darıxıram. Ümid edirəm ki, bu yayda hər şeyə rəğmən dincəlməyi bacaracağam”, - Zamir bildirib.

Koronavirus pandemiyası ilə əlaqədar olaraq model Dubaydan bişbaşa doğmalarının yaşadığı Moskvaya getmək məcburiyyətində qalıb.

Kristina Zamir "Miss Photo Model Azerbaijan 2014", "Miss Sharm", "Miss Charisma Queen of Ussr Dubai 2016", "Miss Fashion Queen Glamourfaces of the World 2018", "Miss Celebrity", "Miss Best Artist Supertalent of the World 2018", "Miss Humanity Universe 2017", "World Next Top Model 2017" titullarının və "Jewel of the World 2018 — Miss Personality", "Jewel of the Award, Miss Everwin", "Best In Long Gown", "Miss Charming", "Miss Best Faces Jewel of the Day" titullarının sahibidir.

Xəbər lenti
0