05:47 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
16620

Bərdə rayonunda qeydə alınan zorakılıq faktı ilə bağlı aptek sahibinə qarşı CM-nin xuliqanlıq maddəsilə iş açılıb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 8 iyun — Sputnik. İyunun 6-da Bərdə şəhəri Heydər Əliyev prospektində fəaliyyət göstərən “Fərid“ aptekin sahibi ilə İctimai Televiziyanın çəkiliş qrupu arasında insident baş verib. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, insidentə səbəb İTV çəkiliş qrupunun koronavirus pandemiyası dövründə əhalinin maska ilə necə təmin olunması və qiymətlərlə bağlı apteklərdəki vəziyyətə dair reportaj hazırlamaq istəməsi olub.

İTV-nin bölgə müxbiri Şöhrət Eyvazovun bildirdiyinə görə, o, operator Vüsal Quliyevlə birgə iyunun 6-da, saat 17:30-da əhalinin  maska ilə təmin olunması barədə reportaj hazırlamaq üçün “Fərid“ aptekə daxil olub, sorğu keçirmək istəyiblər. Onların peşə fəaliyyətini yerinə yetirmək istəklərini aptek sahibi İsax Cəfərov aqressiya ilə qarşılayıb. Aptek sahibi jurnalistə qarşı qışqır-bağır salaraq əl-qol atmağa başlayıb və kameranı sındırmaqla hədələyib. Münaqişə nəticəsində jurnalistin sifətinə yumruq zərbəsi endirib.

Hadisə yerində
© Sputnik / Musa Muradli
“Fərid“ aptek

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə iş açılıb. Araşdırma aparılır.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)

Əlaqədar

“Maska rejimi? Xəbərimiz yoxdur”: Bakıda karantinə necə riayət edirlər
Maska taxmayanlara agentlikdən "sürpriz"
Maska məsələsi niyə belə uzanır?
ÜST maska ilə bağlı fikrini dəyişdi
Müəssisə rəhbəri: Apteklər maska ilə bağlı sabotaj yaradırlar

Əsas mövzular