17:13 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
53820

Həmin gün ancaq, xüsusi təyinatlı avtomobillər - təcili tibbi yardım, yanğından mühafizə və təhlükəsizlik xidməti işçiləri əhalinin qayğısına qalmaq məqsədilə bu aksiyaya qoşulmayırlar.

BAKI, 7 iyun — Sputnik. Milli Məclisin deputatı Emin Hacıyev havanın çirklənməsinin qarşısını almaq və avtomobil sıxlığını müvəqqəti aradan qaldırmaq məqsədilə həftənin bir günü "Avtomobilsiz bir gün" aksiyasına - ekoloji hərəkata start verməyi təklif etdi.

Aksiyanın keçirilməsində məqsəd Bakı və Sumqayıtda diqqəti atmosferin zərərli maddələrlə çirklənməsinə və qlobal istiləşməyə yönəltməkdir. Aksiya zamanı sürücülərə şəxsi avtomobildən bir günlüyə imtina edərək, əvəzində ictimai nəqliyyatdan və velosipeddən istifadə etmək, yaxud piyada gəzmək təklif olunur.

Emin Hacıyev, Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının (AMOR) icraçı direktoru
© Sputnik / Murad Orujov
Milli Məclisin deputatı Emin Hacıyev

Həmin gün ancaq, xüsusi təyinatlı avtomobillər - təcili tibbi yardım, yanğından mühafizə və təhlükəsizlik xidməti işçiləri əhalinin qayğısına qalmaq məqsədilə bu aksiyaya qoşulmayırlar.

Avtomobildən imtina günü ilk dəfə 1998-ci ildə Fransada keçirilib, bəzi mənbələrdə dünyada avtomobilsiz gün ənənəsinin əsası 1997-ci ildə İngiltərədə qoyulub.

Əsas mövzular