CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah Bakıda müəyyən saatlarda pəncərələri də açmaq olmaz

© Sputnik / Murad OrujovДезинфекционные работы на улицах Баку
Дезинфекционные работы на улицах Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

BAKI, 6 iyun — Sputnik. Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Sputnik Azərbaycan-ın paytaxtın kommunal strukturlarından əldə etdiyi məlumata görə sabah, iyun ayının 7-si səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Qeyd edək ki, ölkədə karantin rejimi elan olunandan bəri şəhər və kəndlərdə vaxtaşırı dezinfeksiya aparılır. Dezinfeksiya maddələrinin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur. Bu gündən etirbarən isə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb. İnsanların küçəyə çıxması qadağan olunub.

Xəbər lenti
0