CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bu kəndlər susuz qaldı - Maşınla su verilir

CC0 / suju / waterВодопроводный кран, фото из архива
Водопроводный кран, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Neftçala rayonununda rayon mərkəzi daxil olmaqla yeddi kəndin içməli suya olan tələbatını ödəmək üçün yeddi su maşını ayrılıb. Su duzlu olduğu üçün əhalinin içməli suya tələbatı su maşınları ilə ödənilir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 iyun — Sputnik. Neftçala rayonunda Xəzərin suyunun Kürün suyuna qarışması bu rayonun bir sıra yaşayış massivlərində içməli su problemi yaradıb. Sputnik Azərbaycan-a rayon sakinlərinin verdikləri məlumata görə, hazırda "Azərsu" ASC tərəfindən onlara maşınla su paylanır.

Quraqlıq - Sputnik Azərbaycan
CƏMİYYƏT
Böyük problemimiz var: Diqqətli olun, hamımız susuz qala bilərik!

Sputnik Azərbaycan problemi araşdırıb. Neftçala rayon İcra Hakimiyyətindən bildirilib ki, qarışma nəticəsində Kürün aşağı axarında yerləşən Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 №-li Mayak, 2 №-li Mayak kəndlərində içməli su təminatı ilə bağlı problem yaranıb: "Məsələ Neftçala Rayon İcra Hakimiyyətinin nəzarətindədir və ⁣"Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə problemin aradan qaldırılması istiqamətində regional bölmələr və yerli qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir".

"Azərsu"ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında problemin olduğunu təsdiqləyərək bildirib ki, dənizin suyu Kürün suyuna qarışdığından suyu əhaliyə vermək mümkün deyil:

"Odur ki, Neftçala rayonununda rayon mərkəzi daxil olmaqla yeddi kəndin içməli suya olan tələbatını ödəmək üçün yeddi su maşını ayrılıb. Prosesə rayon İcra Hakimiyyəti və Mənzil kommunal təsərrüfat birliyi də cəlb olunub. Su duzlu olduğu üçün əhalinin içməli suya tələbatı su maşınları ilə ödənilir".

A.Cəbrayıllı içməli su probleminin Neftçala rayonunun özündə də yarandığını söyləyib. O, sakinlərin içməli su qıtlığı yaşamadığını, suyun daşınmasının hazırda davam etdiyini qeyd edib.

Biz sağlamlığımızı havadan qoruyuruq, təhlükə isə dənizdən gəlir>>

O ki qaldı Kür suyunun Xəzərin şor suyuna qarışmasına, Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Mərkəzinin baş hidroloqu Asif Verdiyev bildirib ki, son günlər ölkə ərazisinə düşən yağıntının miqdarının normadan az olması və çaylarda sululuğun azalması nəticəsində Kür çayının aşağı axımında suyun səviyyəsində azalma müşahidə olub:

"Kür çayında suyun səviyyəsinin azalması ilə əlaqədar çayda axının sürəti də azalıb. Bu dövrdə şimal-şərq istiqamətli küləyin davamlı olması və arabir güclənməsi nəticəsində dalğalanma baş verib və dənizdən Kür çayının axınına doğru əks axın əmələ gəlib. Bu cür hadisə təbii amillərlə bağlı olduğundan qısamüddətli xarakter daşıyır".

O qeyd edib ki, son günlərdə Xəzər dənizində küləyin sürətinin artması və Kür çayında suyun səviyyəsinin düşməsi ilə əlaqədar olaraq dəniz suyu Kür çayının şirin suyuna qarışıb.

Xəbər lenti
0