09:42 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
34220

"Bircə fəaliyyəti həftəsonu məhdudlaşdırılan ərzaq  dükanları elə ciddi ziyan görməyəcək: "Çünki, hər kəs alış-verişini cümə günündən edəcək"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 iyun — Sputnik. Baş Nazir Əli Əsədovun qərarı ilə 6 iyun saat 00:00-dan bütün iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyət dayandırılır. Həmin qərarla Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aşağıdakı məhdudiyyətlər tətbiq ediləcək. Qeyd edilən müddətdə bütün ticarət şəbəkələri, mağaza və marketlər bağlı olacaq. Həmin günlər ictimai nəqliyyat da öz fəaliyyətini dayandıracaq.

Sputnik Azərbaycan karantin rejiminin yenidən sərtləşdirilməsinin həmin sahələrə təsirini araşdırıb.

Ekspert Ramin Osmanlı bildirir ki, sərt karantin tədbirlərində həftəarası işləməyən sahibkarlar icarə borcuna görə yüklənəcək və bu, əlavə problemlər yaradacaq: "Bu isə sahibkarlara münasibətdə güzəştlərlə bağlı ikili standartların olması deməkdir. Həm də bu, ciddi tədbirlərin əhəmiyyətinə kölgə salır".

Ekspert hesab edir ki, şəhər mərkəzinin müəyyən idman tədbirləri zamanı həftələrlə bağlı qalma təcrübəsi olduğu halda, yumşalma ilə bağlı birdən-birə mərkəzi küçə, meydan, park və ticarət mərkəzlərinin daha 1 ay bağlı qalması düzgün qərar deyildi.

İqtisadçı Samir Əliyev Spunik Azərbaycan-a açıqlamasında bildirib ki, sərtləşdirmə qərarı ən çox günəmuzd işləyənlərə təsir edəcək: "İş və xidmət sahələrinin fəaliyyətinin dayandırılması ən çox günəmuzd işləyənlərə öz təsirini göstərəcək. Hansı ki, onlar evlərindən çıxıb gündəlik qazanc dalınca gedirdilər. Ofisiantlar, aşpazlar, bərbər kimi xidmət sahəsində çalışanlar bu çətinliyi öz üzərlərində hiss edəcəklər. Bundan əlavə, bu iqtisadi sabitliyi də pozacaq. Restoranlar yenicə fəaliyyətə başlayıb təkrar müştəri toplayırdılar. Həftəsonu məhdudiyyəti onların işinə ciddi təsir edəcək. Bu mənada taksi fəaliyyəti göstərənlər də ziyan görəcək. İnsanların müəyyən hissəsi öz evinə çörəkpulunu şəxsi minik avtomobilində taksi xidməti göstərməklə aparır. Bu məhdudiyyətlər həmin ailələrin büdcəsinə təsirsiz ötüşməyəcək".

S.Əliyev deyir ki, bircə fəaliyyəti həftəsonu məhdudlaşdırılan ərzaq dükanları elə ciddi ziyan görməyəcək: "Çünki, hər kəs alış-verişini cümə günündən edəcək".

Qeyd edək ki, bu gün ərzaq dükanlarında yaşananlar Samir Əliyevin dediklərini təsdiq edir. Bu marketlər belə sərtləşmədən nəinki ziyan çəkmirlər, hətta dəfələrlə qabağa düşürlər.

Əsas mövzular