14:58 11 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (275)
29120

Öncəki sərt karantin zamanı insanlar sms-icazədən isitifadə edirdilər, zibili tullamaq üçünsə buna gərək yox idi

BAKI, 4 iyun — Sputnik. Baş Nazir Əli Əsədovun  “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, qərarda qeyd olunur ki, onların həmin yerləri tərk etməsinə aşağıdakı müstəsna hallarda icazə verilir:

1.2.1. həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım xidməti vasitəsilə);

1.2.2. yaxın qohumların dəfnində iştirakla əlaqədar.

Kommunal xidmətlərin (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası) əməkdaşlarının işləməsinə icazə verilsə də, vətəndaşların məişət tullantılarından qurtulmaq üçün evdən çıxması haqda məlumat verilmir. 

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (275)

Əlaqədar

Koronavirus əleyhinə daha bir mübarizə metodu - deyin, "pendir..."
Dünənin "qəhrəman"ları bu gün həbs olundular
Bəzi kəndlərdə həftə sonları çölə çıxmaq tam qadağan oluna bilər
Azərbaycanda yenidən sərt karantin rejimi tətbiq olunacaq: saatı açıqlandı
Sərt karantin rejiminin QAYDALARI: kim pozsa, həbsi gözə alsın

Əsas mövzular