CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər kəsə çarə tapılır, onlardan başqa: nəyin varsa ver - FOTO

© Sputnik / Irade JELILBakıda dilənçilər
Bakıda dilənçilər - Sputnik Azərbaycan
Abunə olmaq
Dilənçi qadın pulu ovcunda saxladığı dəsmala qoymağı xahiş edir. Düşünür ki, belə etməklə özünü koronavirusdan qoruya biləcək

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 iyun — Sputnik. Bir müddət əvvəl Yevlax rayonunda qaraçıların yaşadığı ərazi koronavirus pandemiyasına görə karantin bölgəsi elan edildi. Əraziyə giriş-çıxış bağlandı. Hətta Sputnik Azərbaycan bölgədən reportaj hazırlamaq istəsə belə, buna imkan verilmədi.

Ancaq bu gün paytaxtın küçələrində kifayət qədər qaraçı-dilənçilər var. İşıqforda avtomobili saxlamağını görürsən ki, müxtəlif yaşlarda olan dilənçilər yaxınlaşıb, yardım etməyini istəyirlər.

Əgər əvvəllər bu işi daha çox uşaqlar görürdüsə, indi yaşlı qadınlar, gənc qızlar da dilənçiliklə məşğul olurlar.

© Sputnik / Irade JELILBakı küçələrində dilənçilər
Hər kəsə çarə tapılır, onlardan başqa: nəyin varsa ver - FOTO - Sputnik Azərbaycan
Bakı küçələrində dilənçilər

Məsələn, elə özünü "Sevda" deyə təqdim edən qız. Öz dillərində danışırdılar, danışdıqlarını tam anlamasam da, iki bacı Mətbuat prospektində avtomobillərin qarşısını kəsib pul istəyirdi.

Bacılar Yevlaxdan gəldiklərini dedilər. Sevdanın 16, bacısı Nigarın isə 12 yaşı var. Bakıda "İnşaatçılar" metrosu yaxınlığında anaları ilə kirayə yaşayırlar.

"Yevlaxda yaşayırdıq. İndi burada yaşayırıq", - deyən Sevda dilənməkdən utanmadığını bildirir.

Nigar isə bunu artıq iş kimi qəbul edib.

"Pulun yoxdursa, yemək ver, ətir ver, nə varsa ver. Acam, su da istəyirəm. Maşında nə var?" - deyə Nigar qapını açıb içəri girmək istəyir.

© Sputnik / Irade JELILBakı küçələrində dilənçi
Hər kəsə çarə tapılır, onlardan başqa: nəyin varsa ver - FOTO - Sputnik Azərbaycan
Bakı küçələrində dilənçi

İşıqforun yaşıl işığı ilə yol açılır, Sevda və Nigar hərəsi yolun bir tərəfinə keçib yenidən qırmızı işığın yanmasını gözləyirlər.

Oxşar mənzərə Tbilisi prospektində də yaşanır. Burada işıqforun yanında yaşlı bir qadın durub, qırmızı işıq yanan kimi avtomobillərə yaxınlaşıb, çörək pulu istəyir.

Pulu isə ovcunda saxladığı dəsmala qoymağı xahiş edir. Düşünür ki, belə etməklə özünü koronavirusdan qoruya biləcək.

Nə qədər acınacaqlı olsa da, bu gün paytaxt küçələrində, metroların çıxışında, hətta yaşayış məntəqələrində gəzib dilənən yüzlərlə dilənçi və qaraçı var.

Cəfərova Ceyran əslən Ağdaşdandır. 48 yaşı var. Ancaq üzünə baxanda 60 yaş vermək olur. Sağlamlıq problemləri olan Ceyran dilənərək özünü saxlayır. Hazırda Binə qəsəbəsində kirayə yaşayır.

© Sputnik / Irade JELILBakı küçələrində dilənçi
Hər kəsə çarə tapılır, onlardan başqa: nəyin varsa ver - FOTO - Sputnik Azərbaycan
Bakı küçələrində dilənçi

Nur isə Zağulbada yaşayır. Əslən Ağsudan olan Nur ailəsi ilə Bakıya köçür. Bir müddət sonra həyat yoldaşı onu qoyub gedir. Körpəsi ilə tək qalan qadın uşaq qucağında dilənməyə başlayır.

Xatırladaq ki, ötən il keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 430 uşaq aşkar edilib.

Həmin faktlar əsasında övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.

Xəbər lenti
0