CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirus əleyhinə daha bir mübarizə metodu - deyin, "pendir..."

© Sputnik / Murad OrujovBakıda xüsusi rejimə nəzarət
Bakıda xüsusi rejimə nəzarət - Sputnik Azərbaycan
Abunə olmaq
"Sürücünün işi avtobus sürməkdir. Onun diqqətini başqa səmtə yönəltmək olmaz. Nə də ki bizim o qədər polisimiz yoxdur ki, hər avtobusun salonuna birini təhkim edək".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 iyun — Sputnik. Artıq üç gündür ki, koronavirus pandemiyası ilə əlaqədar tibbi maskadan istifadə etməməyə görə cərimələr müəyyənləşib. Tibbi maskanın istifadəsi məcburi olan yerlər siyahısında ictimai nəqliyyat da var. Qanunun tələbinə görə, tibbi maska mütləq şəkildə avtobusda taxılmalıdır. Sputnik Azərbaycan-ın apardığı müşahidələr zamanı aydın olub ki, ictimai nəqliyyat növü olan avtobuslarda qanunun bu tələbinə məhəl qoyan çox azdır. Sərnişinlərin bir qismi maska taxsa da, digər qismi avtobusda əyləşən kimi tibbi maskanı çıxardır. Yaranan suallardan biri də ictimai nəqliyyatda tibbi maskanın istifadəsinə nəzarətlə bağlıdır.

Пассажир автобуса в маске, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Avtobuslarda "dədə-baba" üsulunu iyunun 15-dək götürə bilərlər

Sputnik Azərbaycan-a müsahibəsində nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, qanunla bu məsələyə nəzarəti polis həyata keçirəcək. Nəzarətin mexanizmi incəliyinə qədər açıqlanmasa da, E.Muradlı deyir ki, bütün dayanacaqlarda polislər sərnişinlərin tibbi maska taxmasına nəzarəti həyata keçirəcəklər. O ki qaldı avtobusun salonunda tibbi maskanın çıxarılmasına, E.Muradlı deyir ki, buna nə polis nəzarət edə bilər, nə də sürücü: "Sürücünün işi avtobus sürməkdir. Onun diqqətini başqa səmtə yönəltmək olmaz. Nə də ki bizim o qədər polisimiz yoxdur ki, hər avtobusun salonuna birini təhkim edək. Deməli, sərnişinlər özləri bu məsələdə məsuliyyətli olmalıdırlar. Başa düşməlidirlər ki, tibbi maskanın ictimai nəqliyyatda istifadəsi onların virusdan qorunması üçündür. Dövlət bu qərarı boşuna verməyib. Məqsəd də insanları cərimələmək deyil".

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev də tibbi maskanın ictimai nəqliyyatda istifadəsinin düzgün qərar olduğunu söyləyir: "Tibbi maska taxmağa nəzarət mexanizmi hər kəsin öz sosial məsuliyyəti olmalıdır. Polis, şübhəsiz ki, buna nəzarət edəcək. Amma sərnişin avtobusda tibbi maskanı çıxardırsa, buna heç cür nəzarət etmək olmayacaq. Hər sərnişinin başına bir polis nəzarətçi qoymaq olmaz axı.

Sərnişin həm özünün, həm də ailəsinin və ətrafındakıların həyatını təhlükəyə atmamalıdır. Normal düşünən insan bunu etməz. Əgər edirsə, sərnişinlər özləri belə şəxslərin şəklini çəkib polisə məlumat verməlidirlər. Buna bir ictimai nəzarət olmalıdır. Hər kəs yanındakını məsuliyyətli olmağa sövq etməlidir. Çünki sərnişinin biri tibbi maska taxmırsa, digərinin həyatı üçün risk yaradır".

C.İsayev deyir ki, tibbi maskadan ictimai yerlərdə istifadə koronavirusa yoluxmanın qarşısını müəyyən qədər ala bilər.

Qeyd edək ki, aşağıda qeyd edilən yerlərdə maska mütləq taxılmalıdır:

- Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələri (avtobus, taksi, metro, dəmiryolu və s.)

- Bazarlar

Bakı karantinin yumşaldılmasından sonra - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı əhli: Biz karantin dönəmi görmüş adamlarıq... - FOTO

- Qapalı ictimai iaşə, ticarət və xidmət obyektləri (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla)

- Dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələr

- Fiziki və hüquqi şəxslərə məxsus binalarda müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələr

- Açıq sahəli ofislər və istehsalat yerləri

- Tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlar

- İbadət yerləri

- Elm və səhiyyə müəssisələri

- Sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlər

- İctimai nəqliyyat dayanacaqları

- Bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbələr

- Həmçinin, insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda da tibbi maskadan istifadə olunmalıdır.

Мужчина в наручниках в полицейском участке, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dünənin "qəhrəman"ları bu gün həbs olundular

Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, məcəlləyə edilən dəyişikliyə əsasən, karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcəklər. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcəklər. Məcəlləyə dəyişiklik layihəsi birinci oxunuşda qəbul edilib.

Xəbər lenti
0