CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"İçərişəhər"də maraqlı aksiya

© Photo : Icherisheher State Historical-Architectural Reserve Departmentİçərişəhərdə ziyarətçilərə tibbi maskalar paylanılır
İçərişəhərdə ziyarətçilərə tibbi maskalar paylanılır - Sputnik Azərbaycan
Abunə olmaq
İçərişəhərin ən ziyarət edilən muzeylərindən olan Qız Qalasında çalışan bütün baxıcılar və mühafizəçilər İdarə tərəfindən xüsusi tip maskalar ilə təchiz ediliblər

BAKI, 4 iyun — Sputnik. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində xüsusi aksiya keçirib. "İçərişəhər" DTMQİ mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aksiya çərçivəsində İçərişəhərdə bütün ziyarətçilərə İdarənin əməkdaşları tərəfindən tibbi maskalar paylanıb.

© Photo : Icherisheher State Historical-Architectural Reserve Departmentİçərişəhərdə ziyarətçilərə tibbi maskalar paylanılır
İçərişəhərdə maraqlı aksiya - Sputnik Azərbaycan
İçərişəhərdə ziyarətçilərə tibbi maskalar paylanılır

Bununla yanaşı, İçərişəhərin ən ziyarət edilən muzeylərindən olan Qız Qalasında çalışan bütün baxıcılar və mühafizəçilər İdarə tərəfindən xüsusi tip maskalar ilə təchiz ediliblər ki, həmin maskalar bütün qonaqların əlavə təhlükəsizliyini maksimal dərəcədə təmin edəcək.

© Photo : Icherisheher State Historical-Architectural Reserve Departmentİçərişəhərdə ziyarətçilərə tibbi maskalar paylanılır
İçərişəhərdə maraqlı aksiya - Sputnik Azərbaycan
İçərişəhərdə ziyarətçilərə tibbi maskalar paylanılır

Karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin yumşaldılması istiqamətində muzey və ictimai iaşə obyektlərinin fəaliyyətinin bərpa olunması ilə əlaqədar İdarənin tabeliyində fəaliyyət göstərən muzeylərin işçilərinin, eləcə də ərazinin qala divarları boyunca yerləşən restoranların ofisiantlarının da müştərilərə gün ərzində həmin xüsusi maskalarda xidmət göstərməsi nəzərdə tutulub. Qeyd edək ki, bütün bu tədbirlər karantin rejimi qaydalarının yumşaldılması çərçivəsində "İçərişəhər" DTMQ İdarəsi tərəfindən tibbi-profilaktik tədbirlərin gücləndirilməsi və ziyarətçilərin lazımi qaydada səhhətlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirilir.

Xəbər lenti
0